Məhkəmə qərarları › İş №3(029)-361/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-361/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-361/2022 21.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1989-cu ildə Quba rayonu Xucbala kəndində anadan olmuş, Qusar rayonu Xucbala kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Şəxs barəsində Qusar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş Qusar rayon prokuroru vəzifəsini icra edən 1-ci dərəcəli hüquqşünas Qüdrət Həmidovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin faktla bağlı Qusar rayon prokurorunun köməkçisi Kamal Həbibov tərəfindən tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qəbul edilmişdir. Qusar rayon prokuroru vəzifəsini icra edən 1-ci dərəcəli hüquqşünas Qüdrət Həmidovun qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Fidan Məmmədova xalası qızı ilə birlikdə Bakı şəhərindən Qusar şəhərinə gəlmiş, həmin gün “Oazis” restoranında yer olmadığına görə başqa restoranda yemək yemişdir. Təxminən gecə saat 2 radələrində xanımlar Quba şəhərinə getmiş orada yatmağa ev olmadığı üçün ona zəng edərək ev istəmişdir. Həmin gecə onu tanışının evinə aparmış, lakin xanım həmin evdə qalmaq istəməmiş, səhərə qədər parkda yatmışdır. Sabah ona zəng edərək gecəni onunla qalmadığı üçün ondan şikayət etmiş və onu işdən çıxarmışdır. Fidan Məmmədovanı döyməmişdir, ona hər hansı xəsarət yetirməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, özü anası ilə birlikdə Bakı şəhərində xalasının evində qalır. 12 iyul 2022-ci il tarixdə xalası qızı ilə birlikdə Qusar şəhərinə gəlmişdir. Qusar şəhərində yerləşən “Oazıs” restorarına getmiş, orada yer olmadığı üçün Elvinin işlətdiyi “Atrium” kafesinə getmişdir. Orada içki məclisi olmuş, daha sonra xalası qızı ilə birlikdə Quba şəhərinə getmişlər. Orada olduğu zaman Elvin ona dəfələrlə zəng edərək Qusar şəhərinə gəlməsini bildirmişdir. Qusar şəhərinə gəldikdə sonra Elvin ona qalmaq üçün evə aparmış, evdə qalan qız onu təhqir etdiyi üçün orada qalmamışdır. Elvin başqa yerdə qalmaq üçün ona pul verməmiş, o parkda qalmalı olmuşdur. Daha sonra Elvin onu dəfələrlə döymüş, anasını və özünü təhqir etmişdir. Elvin evli olduqda və subay olduğu vaxtda da onunla birlikdə olmasını sübut edən foto şəkil və video görüntülər vardır. Bir neçə dəfə onu “Atrium” kafesinin ikinci mərtəbəsində bilyard çubuğu ilə döymüşdür. Həmin vaxt orada heç kim olmamışdır. Bu barədə Elvinin ailəsinə məlumat vermiş, tədbir görülməsini xahiş etmişdir. Daha sonra polisə şikayət etmiş, Elvinin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Odur ki, Şəxs barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Qusar rayon Şöbəsinin 297 saylı xx.xx.2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ saidin orta1/3-nin ön səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin və aşağı 1/3-nin iç səthinin, sol bazunun orta 1/3-nin yan səthinin, sağ kürəyaltı nahiyəsinin qançırları xx.xx.2022-ci il tarixdə, sol bazunun orta 1/3-nin arxa səthinin qançarı isə xx.xx.2022-ci il tarixdə küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni döyülmə nəticəsində əmələ gələ bilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun himayəsində bir azyaşlı uşağın olması əməlinin məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar