Məhkəmə qərarları › İş №3(029)-364/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-364/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-364/2023 11.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 114-115-ci maddələri rəhbər tutularaq 2000 manat məbləğində cərimə tətbiq edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir.O,hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır.Belə ki, o,xeyli müddət bundan əvvəl müvafiq vergi orqanında qeydiyyatdan keçməklə özəl tibb fəaliyyəti (stomatoloq) göstərmişdir, təxminən iki il bundan əvvəl həmin fəaliyyətini dayandırmışdır, adına verilmiş VÖEN dondurulmuşdur. Həmin vaxtdan etibarən o, hər hansı tibb fəaliyyəti ilə məşğul olmamışdır.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hər hansı əməkdaşı tərəfindən onun,tibb fəaliyyəti ilə məşğul olmağı faktı müəyyən olunmamış, bununla bağlı hər hansı ünvanda hər hansı yoxlama aparılmamışdır. Bununla da, onun Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə heç bir təqsiri olmadığını, bu barədə heç bir sübut olmadığı, ona görə də, barəsində qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir.Həmin qərarın mövcudluğundan xəbərinin olmadığını, qərar üzrə inzibati xəta haqqında işə baxılarkən də ona məlumat verilmədiyini, həmin qərar barədə məlumatı Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən ona cərimənin ödənilməsi barədə bildiriş təqdim edildikdən sonra əldə etdiyini bildirmişdir. Bundan sonra onun tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət olunmuş və Nazirliyin 25 oktyabr 2023-cü il tarixli 3- 28/2-M-95xx-xx-9120/2023 saylı məktubu ilə həmin qərarın surəti rəsmi qaydada 07 noyabr 2023- cü il tarixdə ona təqdim edilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan və İXM-nin tələbləri pozulmaqla tərtib edildiyindən ləğv edilməli olduğunu, həmin qərar üzrə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata isə xitam verilməli olduğunu bildirmişdir.Bundan başqa, yuxarıda qeyd etdiyi kimi barəsində şikayət etdiyi qərarın surəti rəsmi qaydada təqdim edilməmiş, onun yazılı müraciəti əsasında 07 noyabr 2023-cü il tarixdə təqdim edilmiş, nəticədə onun tərəfindən şikayət vermə müddəti üzürlü olaraq ötürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3,112.1.4 maddəsinə əsasən şikayətə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 114-115-ci maddələri rəhbər tutularaq 2000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan qərardan görünür ki, X3 2023-cü ildə lisenziya olmadan özəl tibb fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 210.1. maddəsinin dispozisiyasında qeyd olunur ki, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaq nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim olunmuş iş materiallardan da görünür ki, X3 lisenziya olmadan tibb fəaliyyətlə məşğul olduğuna görə barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinmişdir.X1 özəl tibb fəaliyyətlə məşğul olması iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan qərardan da görünür. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, X1 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki,cinayət işinin başlanmasının rədd edilməsi qərardan görünür ki,X3 həqiqətəndə 2023-cü il tarixdə lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, X1 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar