Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-366/2023 04.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1 oğlunun katibliyi, xx.xx.1966-cı ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş, Qusar rayonu, Aşağı Ləyər kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs bələdiyyənin xx.xx.2023-cü il tarixli, 13 saylı və xx.xx.2023-cü il tarixli, 14 saylı iclas protokollarını qanunla müəyyən edilmiş nüddət ərzində Xaçmaz Regional Ədliyyə İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs səhhəti ilə bağlı ev şəraitində müalicə aldığı üçün iclas protokollarını qanunla müəyyən edilmiş müddət ərzində regional Ədliyyə idarəsinə göndərə bilməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN №1063399 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərəfindən törədildiyini etiraf etmiş, həmçinin işə onun iştirakı olmadan baxılıb, barəsində qanuni qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarda cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-366/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-366/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver