Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-368/2021 12.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, 02.01.1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Kubçinskaya küçəsi ev 19, 1-ci korpus, mənzil 151 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26.07.2021-ci il tarixdə, saat 05:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “X4” markalı, X005AH178 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin salonunda ön oturacaqların arasında əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən (bardaçokdan) gömrük nəzarətinə bəyan olunmayan 1 (bir) ədəd tapança darağı, həmin tapança darağının içərisindən üzərində “45TK 3 72” yazıları qeyd olunmuş 2 (iki) ədəd, üzərində “45TK 3 74” yazıları qeyd olunmuş 2 (iki) ədəd, üzərində “45TK 17 73” yazıları qeyd olunmuş 1 (bir) ədəd və üzərində “45TK 17 75” yazıları qeyd olunmuş 1 (bir) ədəd olmaqla, cəmi 6 ədəd rezin başlıqlı patronlar aşkar edilmiş və faktla bağlı araşdırma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X2 bölməsinə təhvil verilməsi üçün protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 09.08.2021-ci il tarixli, 3/1300-9/5300 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş 6 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 45TK kalibirli, MP-80-13T, MP-353 modelli tapancalarda istifadə edilmək üçün nəzərdə tutulmuş tramatik patrondur, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet “MP-80-13T”, MP-353 və s modelli tapancaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş sandıqçanın və travmatik patronların 26.07.2021-ci il tarixə orta bazar qiyməti 13 manat təşkil edir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 11 avqust 2021-ci il tarixli 01400-1086/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.08.2021-ci il tarixli, 3/1300-9/5300 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş 6 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 45TK kalibirli, MP-80-13T, MP-353 modelli tapancalarda istifadə edilmək üçün nəzərdə tutulmuş tramatik patrondur, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet “MP-80-13T”, MP-353 və s modelli tapancaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş sandıqçanın və travmatik patronların 26.07.2021-ci il tarixə orta bazar qiyməti 13 manat təşkil edir. İş materiallarında olan 09.08.2021-ci il tarixli, 3/1300-9/5300 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 13,00 (on üç) manat təşkil edən, 45TK kalibirli, MP-80-13T, MP-353 modelli tapancalarda istifadə edilmək üçün nəzərdə tutulmuş 6 ədəd tramatik patronlar və “MP-80-13T”, MP-353 və s. modelli tapancaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş 1 ədəd sandıqça müsadirə edilsin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(029)-368/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-368/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver