Məhkəmə qərarları › İş №3(029)-368/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-368/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-368/2023 27.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs : Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Lənkəran rayonu Şıxakəran kəndində anadan olmuş, Lənkəran rayonu Şıxakəran kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Opel Astra ”markalı WW 661XX Gürcüstan nömrə nişanlı avtomobili Qusar-Həzrə yolunun Yasab kənd ərazisindən keçən hissəsində idarə edərkən qarşısından gələn vətəndaş Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı 27BS108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Xəta nəticəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı 27BS108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, o, sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Opel Astra”markalı WW 661XX Gürcüstan nömrə nişanlı avtomobili Qusar-Həzrə yolunun Yasab kənd ərazisindən keçən hissəsində idarə edərkən qarşısından gələn vətəndaş Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı 27BS108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Hazırda ziyanı ödəmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti yoxdur. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında inzibati xəta haqqında protokolda olanları təsdiq etmiş, hazırda ona vurulmuş maddi ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və iddiası yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 528 (beş yüz iyirmi səkkiz ) manat civarındadır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alınır. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, ona inzibati həbs növündə inzibati tənbeh tətbiq olununa bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar