Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-37/2025 24.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1966-cı ildə Ermənistan Respublikasının, Tumanyan rayonu, Şamlıq qəsəbəsində anadan olmuş, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində nömrəsiz fərdi yaşayış sahəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdı, saat 19:30-da Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, 57CB519/57ZB871 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 170 qutu, hərə qutuda 20 kapsul olmaqla cəmi 3400 kapsul “SAMYUN WAN” adlı dərman vasitəsi, nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 274 qutu, hər qutuda 20 kapsul olmaqla cəmi 5480 kapsul “SAMYUN WAN” adlı dərman vasitəsi, nəqliyyat vasitəsinin kabinasının üst yataq yerinin üzərindən gömrük nəzarətinə bəyan olunmayan 62 qutu, hər qutuda 20 kapsul olmaqla cəmi 1240 kapsul “SAMYUN WAN” adlı dərman vasitəsi aşkar olunaraq protokol əsasında götürülmüşdür. Daha sonra nəqliyyat vasitəsi rentgen yoxlamasına göndərilmiş, rentgen yoxlaması nəticəsində nəqliyyat vasitəsinin kabinasında şübhəli cizgilər aşkarlanmış, nəqliyyat vasitəsi təkrar gömrük yoxlamasına cəlb edilmişdir. Təkrar gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının alt yaraq yerinin altından gömrük nəzarətinə bəyan olunmayan 6 ədəd “BELUGA 0.7 litr” markalı spirtli içki, 3 ədəd “ÇİSTİE ROSİ 0.7 litr” markalı spirtli içkilər aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-00386/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 65-ci maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/3527-6/3456-6/3458-95259 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 ədəd “BELUGA 0.7 litr” markalı spirtli içkinin xx.xx.2024-cü il tarixə 1 ədədinin orta bazar qiyməti 75 (yetmiş beş) manat, 3 ədəd “ÇİSTİE ROSİ 0.7 litr” markalı spirtli içkinin xx.xx.2024-cü il tarixə 1 ədədinin orta bazar qiyməti 70 manat, ümumilikdə cəmi 660 (altı yüz altmış manat) olmuşdur. Həmçinin tədqiqata təqdim edilmiş üzərində “SAMYUN WAN” göstəricisi olan 506 qutu hər qutuda 20 kapsul olmaqla cəmi 10120 kapsulun tərkiblərində komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisneziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6794 nömrəli ekspert rəyindən görünür ki, tədiqata təqdim edilmiş üzərində “SAMYUN WAN” göstəricisi olan 506 qutu hər qutuda 20 kapsul olmaqla cəmi 10120 kapsul dərman vasitəsinin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ümumilikdə təxminən 12650 (on iki min altı yüz əlli) manat müəyyən edilir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs üzərində “SAMYUN WAN” göstəricisi olan 506 qutu hər qutuda 20 kapsul olmaqla cəmi 10120 kapsul dərman vasitəsini, 6 ədəd “BELUGA 0.7 litr” markalı spirtli içkini və 3 ədəd “ÇİSTİE ROSİ 0.7 litr” markalı spirtli içkini gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti oğlu üzərində “SAMYUN WAN” göstəricisi olan 506 qutu hər qutuda 20 kapsul olmaqla cəmi 10120 kapsul dərman vasitəsi, 6 ədəd “BELUGA 0.7 litr” markalı spirtli içki və 3 ədəd “ÇİSTİE ROSİ 0.7 litr” markalı spirtli içki müsadirə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, tədqiqatdan sonra qalıq qalmış üzərində “SAMYUN WAN” göstəricisi olan 505 qutu hər qutuda 20 kapsul olmaqla cəmi 10100 kapsul dərman vasitəsi, 5 ədəd “BELUGA 0.7 litr” markalı spirtli içki və 2 ədəd “ÇİSTİE ROSİ 0.7 litr” markalı spirtli içki müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-37/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-37/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver