Məhkəmə qərarları › İş №3(029)-373/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-373/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-373/2022 05.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Hüquqi ünvanı Qusar şəhəri Çingiz Qurbanov küçəsi 18 olan hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə hüquqi ünvanı Qusar şəhəri Ç.Qurbanov küçəsi 18 olan Şəxs MMC-nin Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən təsərrüfat obyektində keçirilmiş YTM yoxlaması zamanı Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı X5 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru X2 tərəfindən hüquqi şəxs «Riad” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Riad” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X5 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarənin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək işlərinin çox olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq Şəxs firmasının inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMCnin və inzibati xəta haqqında protokolu tərtib etmiş X5 Xidməti Şimal regional X5 İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli 3209 saylı qərarından görünür ki, Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirıliyi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəxs Firmasının (VÖEN **********) Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən təsərrüfat obyektində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yoxlama aparılması qərara alınmışdır. İşdə olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 sentyabr 2022-ci il tarixli KY221774370 saylı Çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq obyektinin adı Şəxs firması, VÖEN-i **********, yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022, yoxlamanın hüquqi əsası “Qaz təchizatı haqqında” Qanunun 20-ci maddəsi, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsi, yoxlanılan təsərrüfat obyektinin ünvanı və fəaliyyət növü ünvan 3irayəyə verilməsi qeyd olunmşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 15 sentyabr 2022-ci il tarixli 3209 saylı yoxlama aktının surətindən görünür ki, həmin nazirliyin Şimal RDYNŞ-nin böyük inspektoru X2 və Energetika Nazirliyinin böyük müfəttişi X3 tərəfindən Şəxs firmasının direktoru Tiflisə Həzərovanın iştirakı ilə həmin firmanın təsərrüfat obyektində yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin firmanın ərazisi ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməmişdir. Firmanın ərazisinə daxil olan obyektlər icbari qaydada sığortalanmamışdır. Ərazi FHN-nin çağırış nömrələri yazılmış lövhələrlə təmin edilməmişdir. Firmanın daxilində fəaliyyət göstərən obyektlərin elektrik naqillərinin sınaq protokolu tərtib edilməmişdir. Ərazidə fəaliyyət göstərən obyektlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Yanğın təhlükəzisliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Həmin Qanunun 25-ci maddəsinə əsasən X5 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X5 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X5 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 37-ci maddəsinə əsasən mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikasında X1 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Həmin Qaydaların 1.9.4-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək vəzifələrini yerinə yetirməlidirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enerjisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs «Riad” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən təsərrüfat obyektində “Yanğın təhlükəsizliyi haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunlarının, X1 tələbləri pozulmaqla obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməməsi, firmanın tərkibinə daxil olan obyektlərin icbari qaydada sığortalanmaması, ərazinin FHN-nin çağırış nömrələri yazılmış lövhələrlə təmin edilməməsi, firmanın daxilində fəaliyyət göstərən obyektlərin elektrik naqillərinin sınaq protokolunun tərtib edilməməsi, ərazidə fəaliyyət göstərən obyektlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmaması və bununla da, həmin MMC-nin həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Həmin inzibati xəta vəzifəli şəxs tərəfindən deyil, hüquqi şəxs olan Şəxs MMC tərəfindən törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Riad” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Riad” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Hüquqi şəxs «Riad” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-сi maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar