Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-373/2023 14.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olarkən idarə etdiyi 44BV978/44ZB718 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasındakı əl çantasının içərisindəki geyim əşyalarının altından gömrük nəzarətinə bəyan olmayan 2 ədəd 0.45 litrlik “Хлебная” markalı,1 ədəd 0.5 litrlik “булыбащы” markalı,1 ədəd 0.7 litrlik “Steersman” markalı,1 ədəd 0.7 litrlik “Gletcher” markalı və 1 ədəd 0.5 litrlik “Домащняя” markalı spirtli içkilər aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə inzibati araşdırma başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyədək icraat zamanı izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “DAF” markalı, 44BV978/44ZB718 nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar edilmiş gömrük nəzarətində bəyan olunmayan 2 ədəd 0.45 litrlik “Хлебная” markalı, 1 ədəd 0.5 litrlik “булыбащы” markalı,1 ədəd 0.7 litrlik “Steersman” markalı,1 ədəd 0.7 litrlik “Gletcher” markalı və 1 ədəd 0.5 litrlik “Домащняя” markalı spirtli içkilərin ona məxsus olduğunu və həmin spirtli içkiləri gömrük orqanına bəyan etməli olduğunu bilmədiyini bildirmişdir. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 01 noyabr 2023-cü il tarixli 01400-08087/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəməyə ərizə təqdim edərək protokolu müdafiə etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/7613-6/5298 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilən 2 ədəd 0.45 litrlik “Хлебная” markalı, 1 ədəd 0.5 litrlik “булыбащы” markalı,1 ədəd 0.7 litrlik “Steersman” markalı,1 ədəd 0.7 litrlik “Gletcher” markalı və 1 ədəd 0.5 litrlik “Домащняя” markalı spirtli içkilər rektifikat etil spirti əsasında hazırlanmış araqlardır. Ekspertiza tədqiqatına təqdim edilmiş spirtli içkilərin xx.xx.2023-cü il tarixə ümumuilikdə orta bazar qiyməti təxminən 107.0 manat müəyyən edilir. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, 2 ədəd 0.45 litrlik “Хлебная” markalı arağın bir ədədinin qiyməti 16.0 manat, ümumi qiyməti 32 manat, 1 ədəd 0.5 litrlik “булыбащы” markalı arağın bir ədədinin qiyməti 21.0 manat, ümumi qiyməti 32 manat, 1 ədəd 0.7 litrlik “Steersman” markalı arağın bir ədədinin qiyməti 18.0 manat, ümumi qiyməti 18 manat, 1 ədəd 0.7 litrlik “Gletcher” markalı arağın bir ədədinin qiyməti 18.0 manat, ümumi qiyməti 18 manat olmaqla cəmi 107.0 manat təşkil edir. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, təqdim olunan 0.45 litrlik “Хлебная” markalı arağdan 02 ədəd,digər spirtli içkilərdən isə 01 ədədi, cəmi 6 ədəd araqlar tədqiqatların aparılmasında istifadə olunmuş, 1 ədədi isə qalıq qalaraq geri qaytarılmışdır İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan predmetlərdən ekspertizayaya təqdim olunmuş 2 ədəd 0.45 litrlik “Хлебная” markalı,1 ədəd 0.5 litrlik “булыбащы” markalı,1 ədəd 0.7 litrlik “Steersman” markalı,1 ədəd 0.7 litrlik “Gletcher” markalı və 1 ədəd 0.5 litrlik “Домащняя” markalı spirtli içkilər təqdim olunmuş, təqdim olunan 0.45 litrlik “Хлебная” markalı arağdan 02 ədəd, digər spirtli içkilərdən isə 01 ədədi, cəmi 6 ədəd araqlar tədqiqatların aparılmasında istifadə olunmuş, 1 ədəd 0.45 litrlik “Хлебная” markalı isə qalıq qalaraq geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tədqiqatdan sonra qalıq qalmış 1 ədəd 0.45 litrlik “Хлебная” markalı spirtli içki müsadirə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 135 (yüz otuz beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 1 ədəd 0.45 litrlik “Хлебная” markalı spirtli içki müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 135 (yüz otuz beş) manat təşkil edir və dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-373/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-373/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver