Məhkəmə qərarları › İş №3(029)-375/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-375/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-375/2022 23.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1984-cü ildə ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda polis əməkdaşlarına nalayiq sözlər deyib xırda xuliqanlıq etməklə RPŞ-nə gəlməkdən və pozucu hərəkətlərinə son qoymaqdan imtina edərək polisin qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli MN 1398540-448 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, axşam saatların işdən evə gələrək yaşadığı həyətində təmizlik işləri görən zaman həmişəki kimi qonşudan söyüşlər, qışqırıq səsləri qapıların çırpılması səsləri, qabların sındırılması səsləri gəlmişdir. Buna görə də o, hasara qalxaraq qonşunun həyətində olan Arazın və Pərvanənin mübahisə etdiklərini, görmüşdür. Həmin vaxt o, Arazı yanına çağırmış və onlara sakit olmalarını bildirmişdir. Həmin vaxt Araz onu söyərək onunla söhbəti olduğunu və onu yanına çağırmışdır. O, hasardan tullanaraq Arazın yanına getmiş, həmin vaxt Araz ona əl qol atmaq istəmiş, bu vaxt o, Arazın qolunu buraraq arxasına təpik vurmuşdur. Daha sonra Araz ona bir daha belə hərəkəti etməyəcəyini bildirmişdir. Bundan sonra hasardan öz evinə qayıtmış və çörək yeməyə başlamışdır. Bir müddət sonra polis əməkdaşları gəlmiş, onu şöbəyə dəvət etmiş, o da polis əməkdaş.ları ilə birlikdə şöbəyə getmişdir. O, Şöbədə Araz və onun arvadı Pərvanəni görmüş və ondan şikayət etdiyini bilmişdir. Şöbədə polis əməkdaşları Arazı nə günə salmısan demişdir. O. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, Şöbədə səs küy salaraq söyüş söyməmişdir. Mübahisə zamanı o, Araza xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. Şəxs tanıyır onunla heç bir ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 7-8 radələrində Araz Şöbəyə gələrək qonşusu tərəfindən döyüldüyü barədə şikayət etmişdir. Şikayət ilə əlaqədar Şəxs yaşadığı ünvana getmişdir. Şəxs şöbəyə dəvət etmiş, lakin həmin şəxs onlar ilə birlikdə şöbəyə gəlməkdən imtina etmiş və onu maşına oturdaraq şöbəyə gətirmişdir. Şöbədə də Novruzov X2 hissənin iş rejimini pozaraq söyüşlər söymüş, dini şüarlar işlətmiş, onun ancaq Allah mühakimə edə bilər, polis mühakimə edə bilməz demiş, onu nizam intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, Qusar RPŞ-nin məsul növbətçisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində X5 ərizə ilə müraciət edərək özünü tanımadığı qonşusu tərəfindən döyüldüyünü bildirmiş və şikayət ərizəsinə əsasən şöbəyə gətirilmiş Novruzov X2 hissədə özünü aqressiv apararaq dini şüarlar söyləyərək, səs küy salmış, söyüşlər söymüş, Növbətçi hissəsinin iş rejimini pozmuş, onu nizam intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:18-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2022-ci il tarixdən saat 20:18-dən xx.xx.2022-ci il tarixə saat 15:00-a dək iki gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 18 (on səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar