Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-375/2025 13.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2, xx.xx.1980-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Abbasbəyli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: 09 sentyabr 2025-ci il tarixdə, Rusiya Federasiyasından “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 44CX129/44ZA621 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası Belqorodskava oblast, Alekseevka rayon, Frunze küçəsi, ev 4 ünvanında qeydiyyatda olan QOQ “KRS EFKO KASKAD" şirkətindən, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-və idxal olunan moyonez yükü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Həyata keçirilmiş yoxlama zamanı, nəqliyyat vasitəsinin qoşqu hissəsində əşyaları qoymaq üçün nəzərdə tutulan yeşikdə gizlədilmiş, 2 ədəd “BELUGA 0.7 İ” markalı araq, 1 ədəd “DİKİY MED 0.5 İ” markalı araq, 1 ədəd “CHİVAS 0.7 İ” markalı viski, 1 ədəd “JAMESON 0.7 İ” markalı viski aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb, mütəxəssisin təyin edilməsi barədə qərardad tərtib olunmuş və qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin mütəxəssislərinə həvalə olunmuşdur. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli, 041/25-X saylı mütəxəssis rəyinə əsasən, 2 ədəd “BELUGA 0.7 İ” markalı araqların, 1 ədəd “DİKİY MED 0.5 İ” markalı arağın, 1 ədəd “CHİVAS 0.7 İ” markalı viskinin, 1 ədəd "JAMESON 0.7 İ” markalı viskinin xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 368 (üç yüz altmış səkkiz) manat müəyyən edilmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 480-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 01400-07588/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 368 manat təşkil edən, 2 ədəd “BELUGA 0.7 İ” markalı araq, 1 ədəd “DİKİY MED 0.5 İ” markalı araq, 1 ədəd “CHİVAS 0.7 İ” markalı viski, 1 ədəd “JAMESON 0.7 İ” markalı viski müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-375/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-375/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver