Məhkəmə qərarları › İş №3(029)-377/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-377/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-377/2020 19.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Qusar rayonun Şirvanlı kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonun Şirvanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Şəxs dəfələrlə PŞ-nə dəvət olunsada, çağırış vərəqəsi göndərməsinə baxmayaraq getmədiyi üçün PB-nə polis əməkdaşları tərəfindən dəvət olunan zaman polisin və məhkəmənin ünvanına qarşı açıqca söyüşlər söydüyü üçün polis bölməsinə dəvət olunmuş, lakin həmin zaman o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etmişdir. Bundan başqa Şəxs polis bölməsində növbətçi hissədə yenidən öz hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxxxx 2020-ci il tarixli, MN 0651369-95 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Qusar rayonu, Şirvanlı kəndində yaşayır. Polis Şöbəsinə dəvət olunan zaman polisin qanuni tələblərinə tabe olmuşdur. O, heç kimi söyməmişdir. Anası xəstə olduğundan və şəxsi işləri ilə əlaqədar Polis Şöbəsinə gedə bilməmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahid qismində dindirilmiş Qusar RPŞ-nin Samur PB-nin polis sahə nəfəri polis serjantı X1 ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, Qusar RPŞ-nin Samur PB-nin polis sahə nəfəri polis serjantı X1 ifadəsi, xx xxxxxx 2020-ci il tarixli MN 0651369-95 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar RPŞ-nin Samur PB-nin polis sahə nəfəri polis serjantı X4 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində polis nəfəri, polis serjantı Elxan Abdurzayevlə birlikdə rayonun Şirvanlı kənd sakini Şəxs çağırış vərəqəsini təqdim edən zaman, çağırış vərəqəsini yerə atmış, aqressiv şəkildə polisin və məhkəmənin ünvanına qarşı küçə söyüşləri söymüş, cəmiyyətə qarşı küçədə açıq hörmətsizlik etmişdir. Onlar tərəfindən nizam intizama dəvət etməsinə baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmiş və onların qanunu tələblərinə tabe olmamışdır. Daha sonra onlar Şəxs Samur Polis Bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi polis mayoru Səməd Əliyevin raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Samur PB-də məsul növbətçi olduğu zaman Qusar rayonun Şirvanlı kənd sakini Şəxs sahə polis nəfəri İlham Xeyirov və Polis nəfəri Elxan Abdurzayev növbətçi hissəyə gətirmişlər. Şəxs Qusar rayonu Şirvanlı kəndində küçədə polisin və məhkəmənin ünvanına qarşı açıqca söyüşlər söydüyü üçün polis bölməsinə dəvət olunmuş, lakin həmin zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Həmin şəxs növbətçi hissədə yenidən öz hərəkətlərinə davam etdirərək növbətçi hissənin iş rejimini pozmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Qusar RPŞ-nin Samur PB-nin polis sahə nəfəri polis serjantı İlham Xeyirovun raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində polis nəfəri, polis serjantı Elxan Abdurzayevlə birlikdə rayonun Şirvanlı kənd sakini Şəxs çağırış vərəqəsini təqdim edən zaman, çağırış vərəqəsini yerə atmış, aqressiv şəkildə polisin və məhkəmənin ünvanına qarşı küçə söyüşləri söymüş, cəmiyyətə qarşı küçədə açıq hörmətsizlik etmişdir. Polis əməkdaşları tərəfindən nizam intizama dəvət etməsinə baxmayaraq o, öz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilən zaman tabesizlik göstərmişdir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 19:15–də inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 12:30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 07 (yeddi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs xx xxxxxx 2020-ci il saat 19:15-dən, xx xxxxxx 2020-ci il saat 12:30-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 14 (on dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərar dərhal icra edilsin.Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar