Məhkəmə qərarları › İş №3(029)-377/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-377/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-377/2023 05.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə Qusar rayonu Suvacal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Suvacal kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ14188112 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs inzibati xətanı Bakı şəhəri, Yasamal rayonu ərazisində törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından görünür ki, Şəxs Qusar rayonu Suvacal kəndində qeydiyyatda olsa da, Şəxs yaşayış yeri üzrə, yəni Qusar rayon Məhkəməsində baxılması barədə vəsatət mövcud deyil. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs vəsatətlə məhkəməyə müraciət etmədiyindən inzibati xəta haqqında işə inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Şəxs Qusar rayonu Suvacal kəndində qeydiyyatda olsa da, Şəxs yaşayış yeri üzrə, yəni Qusar rayon Məhkəməsində baxılması barədə vəsatətlə məhkəməyə müraciət etmədiyindən inzibati xəta haqqında işə inzibati xətanın törədildiyi yerdə ,yəni Bakı şəhəri, Yasamal rayonu məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110, 112-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Yasamal rayonu məhkəməsinə göndərilsin. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar