Məhkəmə qərarları › İş №3(029)-379/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-379/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-379/2022 17.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Şimal regional X4 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Şimal regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə «BUTA TRAİDİNQ” MMC-nin icarəyə götürdüyü gübrə satışı anbarında keçirilən YTM zamanı Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı X4 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin inspektoru X3 tərəfindən hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. X4 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X2 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi reyestr çıxarışı verəndən sonra illik plan qurub yoxlama müddəti təyin edilib obyektlərə yoxlama aparılır. Sahibkarlıq obyektində yoxlama reyestrindən çıxarış əsasında yoxlama aparılmışdır. Həmin yoxlamanın aparılması haqqında qərar «BUTA TRAİDİNQ” MMC-nə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə obyektə yanğın-texniki müayinə keçirilmişdir. Yanğın-texniki müayinə zamanı obyektdə nələr olduğu sorğu-sual əsasında akt yazılmışdır. Məsul şəxs imza etməkdən imtina etmişdir. Həmin akt əsasında Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə «BUTA TRAİDİNQ” MMC-ə barəsində protokol tərtib edilmişdir. Protokolun surəti və aktın surəti məktubla təqdim edilmişdir. Hal-hazıradək obyekt icbarı sığorta olunmamışdır. Protokol düzgün tərtib edilmişdir. Odur ki, qanuni qərar qəbul etməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «BUTA TRAİDİNQ” MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli 2326 saylı qərarından görünür ki, Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən «BUTA TRAİDİNQ” MMC (VÖEN №**********) Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən təsərrüfat obyektində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 08 sentyabr 2022-ci il tarixli 2326 saylı yanğın-texniki müayinə aktından görünür ki, «BUTA TRAİDİNQ” MMC-nin istifadəsində olan bina yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin olunmamış; binanın daxili elektrik naqillərin izolyasiyasının sazlığı barədə mütəxəssis aktı tərtib olunmamış; binanın görünən yerlərində FHN-nin 101 və 112 nömrələri yazılmış lövhələr asılmamış; işçilər yanğına qarşı təlimatlandırılmamış, yanğına qarşı cavabdeh şəxs təyin olunmamış, bina icbari qaydada sığorta olunmamışdır. “Yanğın təhlükəzisliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Həmin Qanunun 25-ci maddəsinə əsasən X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X4 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 37-ci maddəsinə əsasən mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikasında X1 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Həmin Qaydaların 1.9.4-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək vəzifələrini yerinə yetirməlidirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enerjisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən təsərrüfat obyektində “Yanğın təhlükəsizliyi haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunlarının, X1 tələbləri pozulmaqla obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməməsi, firmanın tərkibinə daxil olan obyektlərin icbari qaydada sığortalanmaması, ərazinin FHN-nin çağırış nömrələri yazılmış lövhələrlə təmin edilməməsi, firmanın daxilində fəaliyyət göstərən obyektlərin elektrik naqillərinin sınaq protokolunun tərtib edilməməsi, ərazidə fəaliyyət göstərən obyektlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmaması və bununla da, həmin MMC-nin həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Həmin inzibati xəta vəzifəli şəxs tərəfindən deyil, hüquqi şəxs olan «BUTA TRAİDİNQ” MMC tərəfindən törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «BUTA TRAİDİNQ” MMC (VÖEN №**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-сi maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar