Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-38/2023 30.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:56 radələrində Qusar- Şahdağ yolunun 1-ci km-də sərxoş vəziyyətdə idarə etdiyi BMVV minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini qəflətən artırmaqla təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmiş cəmiyyətə açıqca hörmətsizlik edərək, əhali üçün təhlükə yaratmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin Yol patrul xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisə baş verən vaxt özü içkili olmamışdır. Lakin, Qusar şəhəri Avtovaqzal dairəsində hərəkətdə olan zaman iki dövrə vurmuşdur. Dövrə vuran vaxt yerdə təkər izləri çıxmış və uca səs yaranmışdır. Dairədən iki dövrə vurmasının səbəbi onun avtomobilində olan nasazlığı aradaq qaldırmaq istəməsi olmuşdur. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. əməlindən peşmandır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 102 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC, MAMP, BAR, AMP aşkar edilmişdir. Məhkəmə işdə olan sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, habelə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, Şəxs özünü təqsirli bilməsə də, onun xx.xx.2022-ci il tarixdə saat 11:56 radələrində Qusar-Şahdağ yolunun 1-ci km-də sərxoş vəziyyətdə idarə etdiyi BMVV minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi, avtomobilin sürətini qəflətən artırmaqla təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan hərəkətlər etməsi, cəmiyyətə açıqca hörmətsizlik edərək, əhali üçün təhlükə yaratmas inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 209 nömrəli qərarın 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 3.4-ci maddəsinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Göründüyü kimi tibbi müayinə aparılarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 209 nömrəli qərarın 3.4-cü maddəsinin tələblərinə uyğun olmadan tibbi müayinə aparılmadan və akt tərtib edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində cərimə növündə əsas tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə əsas tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə işdə olan sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, habelə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə barəsində cərimə növündə əsas tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına və təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-38/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-38/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver