Məhkəmə qərarları › İş №3(029)-38/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-38/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-38/2024 27.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X2 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 05-06 fevral 2024-cü il tarixlərində ünvan 1 ünvanında yerləşən Qusar rayon Mərkəzi Xəstəxanasında keçirilmiş planlı YTM zamanı YTQ 01-2001.2.5;2.13;2.29,9.1;2.7 bəndlərinin tələbləri pozulmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «“Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Göndərilmiş materiallar xx.xx.2024-cü il tarixdə Qusar rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X2 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi və “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın nümayəndəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X2 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi və “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək protokol üzrə özlərini təqsirli bildiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 068 saylı yanğın-texniki müayinə aktından görünür ki, binanın yanğın xəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil.Binanın daxili elektrik naqillərinin izolyasiyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanılması barədə mütəxəssiz aktı tərtib edilməyib.Binada yerləşən od söndürən balonların kimyəvi tərkibi köhnəlib.Binanın təxliyyə çıxışları qıfıllanmış vəziyyətdədir.Yanğın zamanı insanlar və əşyaların köçürülməsi üçün “Təxliyyə planı” işlənib hazırlanmayıb.Daxili yanğın su kranları nasaz vəziyyətdədir.Xəstəxananın zirzəmisində oksigen balonlarından istifadə olunur.Yanğın su hovuzu “YSH” yazılmış və hovuzun tutumu qeyd olunmuş işıqlandırıcı lövhə ilə təmin edilməmişdir.İstifadə olunmuş oksigen balonları xəstəxana ərazisində binanın yaxınlığında, nəzarətsiz şəkildə yığılmışdır.Xəstəxananın binasının zirzəmisində elektrik işıqlandırıcılar EQQA-ya uyğun yerinə yetirilməyib.Xəstəxanada ağır xəstələr (reanimasiya şöbəsi) binanın 1-ci yox,4-cü mərtəbəsində yerləşdirilmişdir.Bəzi daxili yanğın kranların şkafları bağlı və plmoblanmış vəziyyətdə deyil.Xəstəxananın xidməti heyəti üçün insanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmamışdır.Qanunvericiliklə nəzərdə tutulmuş sayda yataq xsətələrin köçürülməsi üçün xərəklər mövcud deyildir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ -nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə və məhkəməyə təqdim olunmuş ərizə ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ -nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar