Məhkəmə qərarları › İş №3(029)-380/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-380/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-380/2022 13.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli MN №1288387 saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli MN №1288387 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 253.2ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli MN №1288387 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, yəni meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Bildirmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə o, Qusar rayonunun Ləcət kəndinin cənubunda yerləşən, “Yetək” adlanan və Həzrə Bələdiyyəsinin balansında olan meşə sahəsinə gedib evdə istifadə etmək üçün qurumuş ağacları, quru budaqları yığmışdır. Vələs və göyrüş növlərindən olan həmin quru ağac və budaqları meşənin içində bir yerdə yığmışdır. Sonradan nəqliyyat vasitəsi ilə gəlib evinə aparmışdır. Həmin vaxt o, meşədən hər hansı kök üstə yaş ağac və ya kol bitkisini kəsməmişdir. 02 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbi Sənətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçisi, həmin ərazilərin gözətçisi X2 və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətti”nə zəng vuraraq "Yetək” adlanan Həzrə Bələdiyyəsinin balansında olan həmin meşə sahəsindən guya onun tərəfindən kök üstə yaş ağac və ya kol bitkilərinin kəsilərək aparılması barədə şikayət etmişdir. Bununla əlaqədar 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Qusar rayon PŞ-nin Həzrə PB-nin əməkdaşları və Qusar rayonu Həzrə Bələdiyyəsinin nümayəndələri gəlib onu da dəvət edib birlikdə “Yetək” adlanan Həzrə Bələdiyyəsinin balansında olan həmin meşə sahəsinə getmişdir. Həmin şəxslər ilə birlikdə onun tərəfindən meşənin içində yığılmış quru ağac və budaqlara baxış keçirmişlər. Baxış zamanı onlar tərəfindən yığılmış ağac və budaqların hamısının quru olmasını, onları arasında bir dənə də olsun kök üstə yaş ağac və ya kol bitkilərinin olmadığını aşkar etmişlər. Lakin həmin vaxt 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçisi, həmin ərazilərin gözətçisi X10 ərazidən kəsilmiş bir neçə palıd ağacının və yemişan kollarının onun tərəfindən aparıldığını bildirərək onun üstünə böhtan atmışdır. Ancaq o, meşədən köküstə yaş ağac və ya kol bitkisini kəsməmişdir. Əslində meşə gözətçisi X10 onu köküstə yaş ağac və ya kol bitkilərini kəsərkən tutmamış, onun yığdığı quru ağac və budaqların arasında da hər hansı yaş ağac və ya kol bitkisi aşkar edilməmişdir. Həmin ərazidə kəsilmiş hər hansı yaş ağac və ya kol bitkisi gəlmiş yoxlama komissiyası tərəfindən də aşkar edilməmişdir. Lakin buna baxmayaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən orada tərtib edilmiş aktda guya onun tərəfindən yemişan kollarının kəsildiyini qeyd etmişlər. Ona görə də o, həmin aktla razılaşmayaraq akta imza etməmişdir. Bundan sonra 02 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, 20 sentyabr 2022-ci il tarixdə isə onu MN №1288387 saylı qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə etmişdir. O, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilmir və həmin maddə ilə onun cərimə olunmağını əsassız hesab edir. Bir daha qeyd etmişdir ki, o, meşədən hər hansı köküstə yaş ağac və ya kol bitkisini kəsməmişdir. Onun yığdığı quru ağac və budaqlar isə meşənin içində, elə yığdığı yerdə qalmışdır. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin isə onun tərəfindən Həzrə Bələdiyyəsinin balansında olan yuxarıda sözügedən meşə sahəsindən hər hansı köküstü yaş ağac və ya kol bitkisinin kəsilməsi barədə heç bir sübutu yoxdur. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində qəbul etdiyi 20 sentyabr 2022-ci il tarixli, MN №1288387 saylı qərarı əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayəti müdafiə etmiş, şikayət ərizəsində göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Ləcət kənd ərazisində əkin sahəsi yanan vaxt bələdiyyənin balansında olan torpaq sahəsində olan ağaclar yanmışdır. Həmin vaxt yanğınla bağlı əraziyə gəlmiş Ekologiya və Meşə idarələrinin nümayəndələri orada olan vaxt yanmış ərazidə olan quru odunların aparmasını demiş, həmin əməkdaşlar da quru odunların aparmasına şifahi razılığını bildirmişdir. Təxminən bir həftədən sonra odunlar gətirmək istəyəndə meşə gözətçisi, polis əməkdaşları və ekologiyanın əməkdaşları gəlmiş və quru odunlar apardığına görə heç bir irad bildirməmişdir. Bundan sonra meşə gözətçisi qaynar xəttə zəng etmiş, onu şöbəyə aparmış və onun barəsində qərar qəbul edərək cərimə olunmuşdur. İzahatı o, özü yazmışdır. Ekologiya idarəsinin nümayəndəsinin dediklərini izahatda yazsa cərimə məbləğinin az olacağını demişdir. Ona görə də izahatında kolların kəsdiyini yazmışdır. Ekologiya və Meşə idarəsinin nümayəndələri quru odunların aparmasını ona şifahi bildirmişdir. O, həmin ərazidə olan iki kolun budağını kəsmiş, kolları isə kəsməmişdir. Onun maddi vəziyyəti normal deyildir. İki oğlu hərbi xidmətdədir. O, həmin oğulların uşaqlarını saxlayır. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, meşə gözətçisi Zahid Abuyev qaynar xəttə zəng edərək Qusar rayonu Həzrə bələdiyyəsinin ərazisində 22 ədəd ağacların kəsildiyini bildirmişdir. Bununla bağlı həmin əraziyə baxış keçirmişdir. Ağacların kəsildiyi yer yanğın baş vermiş yerdən uzaqda cənubda yerləşir. Baxış keçirilən zaman həmin ərazidə olan 6 ədəd yemişan kolların 1 ədəd 14 sm palıd ağacın kəsildiyi müəyyən olunmuşdur. Sonra həmin əraziyə Güləhməd Kiçibəyovu çağıraraq və ondan izahat alınmışdır. X5 izahatında yemişan kolların arabaya yol açmaq üçün kəsdiyini bildirmiş və bu barədə akt tərtib etmişdir. X5 aktı imza etməkdən imtina etmişdir. X5 barəsində qərar qəbul edilmişdir. X5 izahat yazan heç bir fiziki və psixi təsir olunmamışdır. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 74879 saylı aktın surətindən görünür ki, Nazirliyin qaynar xəttinə daxil olmuş şikayət əsasında yerində araşdırma aparılmışdır. Həmin ərazidə müxtəlif növ ağaclar kəsilmiş və quru ağac parçaları yığmışdır. Həmin ağacları aparmaq üçün ərazidə olan kolları kəsmişdir. X12 idarəyə verdiyi öz izahatı ilə də sübuta yetirilir. İş materiallarında olan Qusar rayonu Həzrə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 94 saylı məktubundan görünür ki, Ləcət kənd sakini X5tərəfindən qanunsuz ağac və kollar kəsilmiş ərazi Həzrə bələdiyyəsinə aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 74879 saylı akta əlavənin surətindən görünür ki, 1 ədəd diametri 14 sm olan palıd ağacının qiyməti 150 manat; 4 ədəd diametri 8 sm olan yemişan kolu hər birinin qiyməti 100 manat olmaqla cəmi 400 manat; 1 ədəd diametri 10 sm olan yemişan kolunun qiyməti 120 manat; 1 ədəd diametri 12 sm olan yemişan kolunun qiyməti 120 manatdir. X3 vurduğu ümumi ziyanın məbləği 790 manat təşkil edir. İş materiallarında olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 tərəfindən Qusar rayonu Ləcət kəndinin cənub hissəsində yerləşən “Yetək” adlanan yaşıllıq ərazidən 22 ədəd vələs və göyrüş ağaclarını quru kəsərək yerində saxlamış, 1 ədəd yaş palıd və 6 ədəd yaş yemişan kollarını heç bir icazə də sənədi olmadan qanunsuz kəsərək aparmış və X5 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, iş materialları ilə, həmçinin yuxarıda göstərilən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, X1 rayonu Ləcət kəndinin cənub hissəsində yerləşən “Yetək” adlanan yaşıllıq ərazidən 22 ədəd vələs və göyrüş ağaclarını quru kəsərək yerində saxlamış, 1 ədəd yaş palıd və 6 ədəd yaş yemişan kollarını heç bir icazə də sənədi olmadan qanunsuz kəsərək aparmışdır. Bununla da, Güləhməd Kiçibəyov müvafiq icazə olmadan köküstü yaş bitkiləri kəsmiş və həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması məhkəməyədək icraat zamanı verdiyi izahatı həmçinin məhkəmə iclasında verdiyi izahatları ilə, eləcə də, işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmiş və bununla da, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış; həmin idarənin gəldiyi nəticələr işin faktiki hallarına tam uyğundur. Bu səbəbdən də, həmin idarə tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli MN ******* saylı qərar tam qanuni və əsaslı olmuş, işə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar