Məhkəmə qərarları › İş №3(029)-384/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-384/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-384/2025 30.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2an Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-сi maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Qusar şəhəri Avto-baza adlanan ərazinin yaxınlığında yolun kənarında saxlanılmış, vətəndaş Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobilin 100 manat dəyərində şüşəsini sındırmaqla həmin avtomobildən 300 manat pulu talamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-yə verilmişdir. Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı, İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokollarda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə gecə saatlarında siqaret çəkməyə çıxmış, yolun kənarında “Qazel” markalı avtomobili görüb ona yaxınlaşmış, daşla avtomiblin şüşəsini sındırmış və avtomobildə olan 300 manat pulu oğurlamışdır. Dəymiş ziyanı işləyib qaytaracaqdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs əvvəllər bir dəfə də ona məxsus 275 manat pulu oğurlamış, həmin şəxsin anası xahiş etdiyinə görə barəsində şikayət etməmiş, Rinad ona 100 manat qaytarmış, qalanını isə qaytarmamışdır. Sonuncu dəfə də, Rinad onun işçisini güdmüş, işçisi gedən kimi avtomobilin şüşəsinin rezinlərini kəsmiş, lakin şüşəni çıxara bilmədiyinə görə şüşəni sındırmış və avtomobildə olan 300 manat pulu oğurlamışdır. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar VAZ kooperativi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, “Qazel” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sağ sərnişin qapı şüşəsinin xx.xx.2025-ci il tarixə orta bazar satış qiyməti 100 (yüz) manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Eyni zamanda Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 227-ci maddəsi ilə barəsində 160 (yüz altmış) saat ictimai işlər, İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli-yəni 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 160 (yüz altmış) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar