Məhkəmə qərarları › İş №3(029)-385/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-385/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-385/2020 21.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Qusar rayonu, Bədirqala kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi sahibkarılıqla məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Qusar rayonu, Bədirqala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 06:10 radələrində, sərxoş vəziyyətdə Qusar RPŞ-də səs-küy salaraq Növbətçi Hissəsinin iş rejimini pozmuş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN 0651312-572 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayonu, Bədirqala kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 06:10 radələrində Qusar şəhərində idarə etdiyi avtomaşınla qəza törətmişdir. Buna görə YPX əməkdaşları tərəfində Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun həkimə aparmasını tələb etmiş, lakin polis əməkdaşları onu həkimə aparmaqdan imtina etmişlər. Ona görə də polisin qanuni tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN 0651312-572 nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 06:20–də inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 17:00-da azad edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 470 saylı sərxoşluq hallarının bütün növlərinin təyiniməqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkogol sərxoşu olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar