Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-385/2025 01.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1983-cü ildə Qusar rayonunda anadan olmuş, Qusar şəhəri, F.Musayev 75 ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(029)- 483/2018 saylı icra sənədinə üzrə 4900 manat aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri təsdiq edərək bildirmişdir ki, işi olmadığına görə aliment borcunu ödəyə bilmir. 10 gün vaxt veriləcəyi təqdirdə 300 manat miqdarında ödəniş edə bilər. Bu halın nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(029)-483/2018 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra edilməsi barədə həmin şəxsə məlumat verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Həmçinin cərimə tənbehi tətbiq edildiyi təqdirdə maddi məhrumiyyətlərə məruz qala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-385/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-385/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver