Məhkəmə qərarları › İş №3(029)-386/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-386/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-386/2020 18.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə “Hyundai Accent” markalı **-SN-*** dövlət nömrə nişanlı avtomaşını ilə Dərbənd şəhərindən qayıdan zaman oradan aldığı hər birinin qiyməti 2000 (iki min) manat olmaqla ümumi dəyəri 4000 (dörd min) manat olan 02 ədəd “İphone 11 Pro” markalı mobil telefonu gödəkçəsinin sağ və sol ciblərində, hər birinin qiyməti 8 (səkkiz) manat olmaqla ümumi dəyəri 40 (qırx) manat olan 05 ədəd “İphone” markalı telefonlar üçün qulaqlıq, hər birinin qiyməti 8 (səkkiz) manat olmaqla ümumi dəyəri 32 (otuz iki) manat olan 04 ədəd “İphone” markalı mobil telefonlar üçün qidalandırıcı və hər birinin qiyməti 10 (on) manat olmaqla cəmi 20 (iyirmi) manat dəyərində 02 ədəd “İphone 11 Pro” markalı mobil telefonlar üçün üzlükləri idarə etdiyi avtomobilin ayaqaltı hissəsinin sağ tərəfində yerləşən örtüyün altında gizlətmiş və ümumilikdə 4092 (dörd min doxsan iki) manat dəyərində malları həmin gün saat 15 radələrində Samur Gömrük Postundan keçirməyə cəhd etmiş, lakin gömrük əməkdaşı tərəfindən həmin mallar aşkar edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının CMnin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və sonuncunun əməlində inzibati xətanın əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün Qusar rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, baş ədliyyə müşaviri Elmar Camalovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X1 inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilən xüsusatları tam təsdiq etmiş və Şəxs barəsində qanunla müəyyən edilmiş müvafiq inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 30238/234 saylı rəyindən görünür ki, təqdim edilmiş 2 ədəd üzlükləri ilə birlikdə “İphone11 pro” markalı “**********76803” və “**********94078” İMEİ nömrəli mobil smartfonlar, 5 ədəd “İphone” markalı mobil telefon üçün qulaqcıq, 4 ədəd “İphone” markalı mobil telefonlar üçün qidalandırıcı hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş 02 ədəd üzlükləri ilə birlikdə “İphone11 pro” markalı “**********76803” və “**********94078” İMEİ nömrəli mobil smartfonlar, 5 ədəd “İphone” markalı mobil telefon üçün qulaqcıq, 4 ədəd “İphone” markalı mobil telefonlar üçün qidalandırıcı kontrafakt məhsullara aid deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 30239 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda qutusu, aksesuarları, uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan təzə mobil telefonların ümumilikdə xx.xx.2019-cu il tarixə orta bazar qiyməti təxminən 4092,00 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30238/234 saylı və xx.xx.2020-ci il tarixli 30239 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 300.17 (üç yüz manat on yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-45/2020 saylı xx xxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının CMnin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, Şəxs tərəfindəntörədilmişəməlininzibati məsuliyyətə səbəb olub-olmaması məsələsinin araşdırılmasıüçünqərarınsurətininAzərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilməsi, Şəxs tərəfindəntörədilmişəməlininzibati məsuliyyətə səbəb olubolmaması məsələsi araşdırılaraq nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunanadək iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyinə təhvil verilmiş 5 ədəd “İphone” markalı mobil telefonlar üçün qulaqcıq, 4 ədəd “İphone” markalı mobil telefonlar üçün qidalandırıcı, 2 ədəd “İphone 11 Pro” markalı mobil telefonlar üçün üzlüklər və 2 ədəd “İphone 11 Pro” markalı mobil telefonların Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyində saxlanılması, iş üzrə300.17 (üç yüz manat on yeddi qəpik) manat məbləğində məhkəməxərcləriməsələsinin Şəxs tərəfindəntörədilmişəməlininzibati məsuliyyətə səbəb olub-olmaması araşdırılıb nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunması qərara alınmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və onun barəsində həmin maddələrin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən törədilmiş hər iki inzibati xətanın sanksiyası ağırlıq dərəcəsinə görə eynidir və bu səbəbdən də hesab edirəm ki, onun barəsində hər iki maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Bundan başqa, hesab edirəm ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 4092,00 (dörd min doxsan iki) manat təşkil edən mallar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 300.17 (üç yüz manat on yeddi qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib, inzibati xətaların bilavasitə obyekti olan, ümumi dəyəri 4092,00 (dörd min doxsan iki) manat təşkil edən malların dəyərinin qırx faizi məbləğində -yəni 1636,80 (min altı yüz otuz altı manat səksən qəpik) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 4092,00 (dörd min doxsan iki) manat təşkil edən mallar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə 300.17 (üç yüz manat on yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar