Məhkəmə qərarları › İş №3(029)-386/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-386/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-386/2023 06.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi X6, Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1970-ci ildə Qusar rayonu Sələh-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “X8” MMC-də çilingər işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Qusar rayonu Sələh-oba kəndində keçirilən toy məclisində sərxoş vəziyyətdə X1 nalayiq söyüşlərlə söyməklə xırda xuliqanlıq etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, Emin Mövsümov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN 1789999-775 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Qusar rayonu Sələh-oba kəndində keçirilən toy məclisində masalara nəzarət etmişdir. Həmin toy məclisində Şahmirzə Ağamirzəyev də iştirak etmişdir. O, iki qabda kabab götürərək Şahmirzənin əyləşdiyi masaya yaxınlaşmış və onunla zarafatlaşmağa başlamışlar. Həmin vaxt Şahmirzə onun əmisi oğlu Qeysəddin ünvanına “əyyaş” demiş, bundan sonra o, da Şahmirzənin ünvanına söyüşlər söymüşdür. Lakin, o, Şahmirzənin ünvanına ata-ana söyüşü söyməmişdir. Hazırda əməlindən peşmandır, aşağı həddə cərimə olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qusar rayonu Sələh-oba kəndində qohumunun toy məclisində iştirak etmişdir. Toy məclisində o, ilkin olaraq 3 nəfərlə oturmuş, sonra onlar beş nəfər olmuşlar. Onlar stolda söhbət etdikləri zaman zarafatla qaynı Qeysəddinin ünvanına “əyyaş” demiş və bu zaman Şəxs stola yaxınlaşaraq əvvəlcə ona irad bildirmiş, daha sonra onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, onu təhqir etmiş, orada olan insanların yanında onu biabır etmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, Şahmirzə Ağamirzəyev onun əridir. xx.xx.2023-cü il tarixdə Qusar rayonu Sələh-oba kəndində qohumunun toy məclisində əri ilə birlikdə iştirak etmişdir. Toy məclisində qadınlar ayrı, kişilər isə ayrı masada əyləşmişlər və onlar arasındakı məsafə təxminən 5 metr olmuşdur. Toy məclisində iştirak edərkən Zahidin onun əri Şahmirzənin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş, həmin zaman orada olan digər insanlar da bunu eşitmişlər, həmin söyüşləri o, dilinə gətirə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad olunan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və həmin şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk öncə qeyd edir ki, hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməli, ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmalıdır. İctimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərin edilməsindən çəkinməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında toy məclisində yemək yeyərkən spirtli içki qəbul etdiyini, zərəçəkmiş şəxsi digər şəxslərin yanında söydüyünü etiraf etmiş və brəsində tərtib olunmuş protokolu mübahisələndirilməmişdir. İnsanın psixoloji vəziyyəti nəzərə alınarsa, onun səs-küy salması və söyüşlər söyməsi onun ictimai asayışın pozulmasına yönəlmiş hərəkətlərin edilməsi qənaətini qaçılmaz edir. Bu səbəbdən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar