Məhkəmə qərarları › İş №3(029)-387/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-387/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-387/2025 15.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X3, Hüquqi ünvanı ünvan 2l 89 olan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: 20 sentyabr 2025-ci il tarixində, saat 23:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postuna daxil olan və Çin Xalq Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Cümhuriyyəti vətəndaşı X2 idarə etdiyi “MERCEDES-BENZ” markalı, 34VG6167/34LR0217 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Çin Xalq Respublikası, Guanqzhou səhəri, Liwan rayonu, Janqian küçəsi 58, A405 ünvanında qeydiyyatda olan “GUANGZHOU BAKUM İMPORT & EXPORT TRADE LİMİTED” şirkətindən, Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən idxal olunan karqo yükü x-rav yoxlamasına göndərilmişdir. X-rav yoxlaması zamanı nəqliyyat vasitəsinin yük verində şübhəli cizgilər aşkarlanmışdır. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması həyata keçirilən zaman nəqliyyat vasitəsinin yük verində mal-müşayiət sənədlərində qeyd edilməyən 990 (doqquz yüz doxsan) ədəd üzərində Daxili İslər Nazirliyinin loqosu həkk olunmuş metal parçası, 1480 (min dörd yüz səksən) ədəd üzərində “Azerbaiian” yazısı həkk olunmuş metal parçası, 1450 (min dörd yüz əlli) ədəd üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin loqosu həkk olunmuş metal parçası aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb, mütəxəssisin təyin edilməsi barədə qərardad tərtib olunmuş və qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin ekspertlərinə həvalə olunmuşdur. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli 046/25-X saylı mütəxəssis rəyinə əsasən. 990 (doqquz yüz doxsan) ədəd üzərində Daxili İslər Nazirliyinin loqosu həkk olunmuş metal parçası, 1480 (min dörd yüz səksən) ədəd üzərində “Azerbaiian” yazısı həkk olunmuş metal parçası, 1450 (min dörd yüz əlli) ədəd üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin loqosu həkk olunmuş metal parçasının xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 4844 (dörd min səkkiz yüz qırx dörd) manat təşkil etmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 01400-07691/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük orqanına bəyan etmədən keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 4844,00 manat təşkil edən, 990 (doqquz yüz doxsan) ədəd üzərində Daxili İslər Nazirliyinin loqosu həkk olunmuş metal parçası, 1480 (min dörd yüz səksən) ədəd üzərində “Azerbaiian” yazısı həkk olunmuş metal parçası, 1450 (min dörd yüz əlli) ədəd üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin loqosu həkk olunmuş metal parçası müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar