Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-389/2020 25.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1960-cı ildə Qusar rayonun Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonun Gedəzeyxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:40 radələrində Qusar şəhəri mərkəzi bazarda ictimai yerdə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, izahatı alınması üçün Qusar rayon Polis Şöbəsinə gətirilərkən Növbətçi Hissədə özünü aqressiv apararaq polisin ünvanına nalayiq söyüşlər söymüş, Növbətçi Hissənin normal iş rejimini 20 dəqiqə müddətinə pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin XÜ b/i, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxxxx 2020-ci il tarixli, MN 0651336-590 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda olan xüsusatlarıtəsdiq edərək izahatında göstərdi ki, Qusar rayonu, Gedəzeyxur kəndində yaşayir. xx xxxxxx 2020-ci il tarixdə evdə bir qədər spirtli içki qəbul edib saat 12:40 radələrində Qusar şəhər mərkəzi bazarına gəlmişdir. Bazarda heç bir səbəb olmadan vətəndaşların ünvanı nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində də öz hərəkətlərini davam etdirmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edirəm. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, xx xxxxxx 2020-ci il tarixli, MN 0651336-590 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Qusar RPŞ-nin məsul növbətçisi, polis mayoru Elman Rəhmanovun xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2020-ci tarixdə saat 12:55 radələrində Qusar RP-nin PPXT-nin polis serjantı Renat Məlikov və polis serjantı X3 şəhəri bazar ərazisində xidmətdə olarkən ictimai asayişi pozduğuna görə Qusar RPŞ-nə gətirilən Qusar rayonu Gedəzeyxur kənd sakini Şəxs sərxoşluq dərəcəsini müəyyən edən zaman o, müayinədən imtina etmişdir. İş materiallarında olan Qusar RPŞ-nin məsul növbətçisi, polis mayoru Elman Rəhmanovun xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2020-ci tarixdə saat 12:55 radələrində Qusar RP-nin PPXT-nin polis serjantı Renat Məlikov və polis serjantı X3 şəhəri bazar ərazisində xidmətdə olarkən ictimai asayişi kobud şəkildə pozan Qusar rayonu Gedəzeyxur kənd sakini Şəxs Qusar RPŞ-nə gətirilmiş, sərxoş vəziyyətdə olan xx xxxx 1960-cı il təvəllüdlü Şəxs RPŞ-nin inzibati binasına daxil olan kimi növbətçi hissədə nalayiq ifadələr işlədib aqressiv hərəkətlər etməklə növbətçi hissənin normal iş rejimini 20 dəqiqə ərzində pozmuşdur. Onu dəfələrlə nizam intizama dəvət etsələr də Şəxs öz hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inziati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 07 (yeddi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 18:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-389/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-389/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver