Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-389/2021 20.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Şəxs firmasının haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Şimal regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 12 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs firması kimi fəaliyyət göstərən ticarət mərkəzində Azərbaycan respublikasının X1 YTQ 01- 2001 2.1; 6.5; 9.3; 10.1 bəndlərinin pozulması aşkar edilmişdir. Həmin faktla bağlı Şimal regional X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə 12 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 20 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda 12 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs firması kimi fəaliyyət göstərən ticarət mərkəzində Azərbaycan Respublikasının X1 YTQ 01-2001 2.1; 6.5; 9.3; 10.1 bəndlərinin pozulmasının aşkar edildiyi göstərilsə də, inzibati xəta hadisəsinin Şəxs firması və ya onun icraçı direktoru X2 tərəfindən törədilməsi dəqiq göstərilməmiş, protokolun Şəxs firması barəsində tərtib edildiyi qeyd olunsa da, Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədən şəxs kimi X2 göstərilmişdir. Halbuki, İXM-də, o cümlədən həmin Məcəllənin 518.1-ci maddəsində fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin ayrıca inzibati məsuliyyətləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs firmasının haqqında (yaxud icraçı direktoru X2 barəsində) Şimal regional X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 12.08.2021-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığından, həmçinin natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş həmin idarəyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs firmasının haqqında Şimal regional X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 12.08.2021-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər həmin idarəyə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-389/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-389/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver