Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-389/2023 14.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Qusar rayonu, Piral kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qusar rayonu, Avaran ərazisi dairəsi, Xürəl kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsi, Samur PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2023-cü ilin avqust ayında Qusar rayonu, Avaran Qışlaq kəndində Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən qapı(darvaza) və 2 ədəd nərdivan talamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin, Samur PB-nə göndərilmişdir. Qusar RPŞ-nin Samir PB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət etdiyini bildirmiş, bununla bağlı məhkəmə tərəfindən Qusar rayon Prokorurluğuna sorğu verilmişdir. Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirmişdir. Qusar rayon Prokorurluğu tərəfindən daxil olmuş məktubdan görünür ki, Qusar RPŞnin İB-də araşdırılmış HK-1/310 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə prokuror nəzarəti qaydasında ləğv edilərək əlavə araşdırma aparılması üçün Qusar RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs 2023-cü ilin avqust ayında Qusar rayonu, Avaran Qışlaq kəndində Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən qapı(darvaza) və 2 ədəd nərdivan talaması faktı ilə bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin, Samur PB-nə göndərilmişdir. Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan şikayət etdiyinə görə Qusar RPŞ-nin İB-də araşdırılmış HK-1/310 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə prokuror nəzarəti qaydasında ləğv edilərək əlavə araşdırma aparılması üçün Qusar RPŞnin İB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərarı əsasında tərtib edildiyindən, Qusar RPŞ-nin İB-də araşdırılmış HK- 1/310 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə prokuror nəzarəti qaydasında ləğv edilərək əlavə araşdırma aparılması üçün Qusar RPŞ-nin İB-nə göndərildiyindən halhazırda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 53, 105.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərarı əsasında tərtib edildiyindən, Qusar RPŞ-nin İB-də araşdırılmış HK-1/310 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə prokuror nəzarəti qaydasında ləğv edilərək əlavə araşdırma aparılması üçün Qusar RPŞ-nin İB-nə göndərildiyindən hal-hazırda iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-389/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-389/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver