Məhkəmə qərarları › İş №3(029)-39/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-39/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-39/2023 20.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6, inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Qusar RPŞ-nin X11 polis sahə rəisi X2 iştirakları ilə X6 Qusar rayon Polis Şöbəsinin X11 xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayon Polis Şöbəsinin X11 xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 157-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. X10 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X10 şikayəti onunla əsaslandırmışdır ki, Qusar rayonu Çingiz Qurbanov adına Həzrə kənd tam orta məktəbində oxuyan X7 27 dekabr 2022-ci il tarixdə Fiziki tərbiyə dərsində oğlu X5 durduğu yerdə xəbərsiz olaraq qulağın dibinə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt oğlu Müslüm Kərimov huşunu itirərək yerə yıxılmışdır. Səhəri gün oğlunu həkimə aparmışdır. Uşağın başını, boynunu KT edilmiş, nəticədə uşağın damar zədələnməsi travma aldığı aşkar edilmişdir. Həkim bildirmişdir ki, nəzarətdə saxlanılmalı, epelepsiya tutulmaları ehtimalı vardır. Həmin vaxtdan bu günə kimi 900 manat pul xərcləmişdir. Bu barədə qəbzlər ərizəyə əlavə edilmişdir. Lakin, buna baxmayaraq Qusar RPŞ-nin X17 tərəfindən İXM-nin 157-ci maddəsi ilə 300 manat ona cərimə yazılmışdır. Düşünür ki, Qusar RPŞ-nin X17 tərəfində onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun barəsində Qusar rayon Polis Şöbəsinin X11 xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X10 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, oğlunun müalicəsi üçün xərclədiyi maddi ziyanı tələb edir. Polis əməkdaşları tərəfindən onun barəsində düzgün araşdırma aparılmamışdır. Narulla özü öz uşağını döymüşdür. Dərsdə 27 dekabr 2022-ci il tarixdə onun uşağı döyülmüş və travma almışdır. Həmin travmalara görə iki aydır məktəbə getmir. 28 dekabr 2022-ci il tarixdə “OKİ” xəstəxanasına aparmışdır. 30-31 dekabr tarixlərində də həkimdə olmuşdur. İndiyə kimi müalicə alır. Nihad adlı uşağın atası ondan şikayət etmişdir. Onun uşağını döydüyü üçün şikayət etmişdir. Lakin o, Nihad adlı uşağı döyməmişdir. Qayınatası uşağı döyülən günü Narullaya onun uşağını döydüyünü deməsi üçün getmişdir. Həmin vaxt Narulla özü uşağının başından yumruqla vurmuşdur. Uşağı döyülən gün yeməyini yeməmişdir. Uşaq şoka düşmüşdür. Bundan əvvəllərdə Narullanın uşağı oğlunu döymüş, digər uşaqlara qarşıda çox aqressiv hərəkətlər etmişdir. Bu hallara görə bir neçə dəfə sinif rəhbərinə məlumat vermişdir. Lakin başqa orqanlara bu barədə məlumat verməmişdir. Şikayət etməsinə baxmayaraq onun barəsində heç bir tədbir görülməmişdir. Xəstəxanaya gedəndə oradan polisə xəbər etmişdir. Lakin onun uşaqlarının döyməsi ilə bağlı polisdə araşdırma aparılmamışdır. Narullanın oğlu bir il əvvəl məktəbə bıçağla getmişdir. Şikayətlərə baxmayaraq yenə onun barəsində heç bir tədbir görülməmişdir. O, qayınatası ilə birlikdə Narullagilə getməmişdir. Ondan sonra Narullanın uşağını görməmişdir. Həmin uşağı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Onun üstünə böhtan atılmışdır. Ona maddi ziyanı ödəməmək üçün onu şərləmişdir. Narulla hazırda da uşağını aqressiv böyüdür. Bundan əvvəl aralarında heç bir ədavəti olmamışdır. Onun atılan böhtanın səbəbi “OKİ” xəstəxanasından polisə şikayət etməsi olmuşdur. “OKİ” xəstəxanasında oğlunun Nurallanın oğlunun döydüyünü demişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Qusar RPŞ-nin X11 polis sahə rəisi X3 izahatında göstərmişdir ki, xəstəxanadan döymə faktı ilə polis bölməsinə məlumat daxil olmuşdur. Hər iki ünvana döymə ilə bağlı araşdırma aparılması üçün Qusar RPŞ-də raport əsasında göndərmişdir. Qusar RPŞ-də araşdırma aparılmış X6 157-ci maddəsi ilə tədbir görülməsi üçün X15 qərar daxil olmuşdur. Qərar əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hər iki ünvana barışmaq üçün getmişdir. Lakin aralarında barışıq əldə etmək mümkün olmamışdır. X10 barəsində 157-ci maddəsi ilə qərar qəbul olunmuşdur. İcra olunması üçün Qusar rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. material əsasında X10 barəsində protokol tərtib edilmişdir. Özü heç bir tədbir görməmiş, izahatları almamış, iş materiallarını araşdırmamışdır. İzahatlar istintaq materiallarında olmuşdur. X6 izahatı alınmamışdır. X10 məktəbdə Nihad adlı uşağı döymüşdür. 5 yanvarda məktəbdə uşağı döymüşdür. Özü könüllü olaraq izahatında uşağın döyməyidini bildirmişdir. Özü tərəfindən heç bir tədbir görməmişdir. Qərar əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun tərəfindən izahatlar almamış və heç bir tədbir görülməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət tam təmin edilməlidir. Belə ki, Qusar RPŞ-nin X15 sorğular verilmişdir. X11 polis sahə rəisi tərəfindən işin halları düzgün araşdırılmamışdır. Məhkəmə iclasında tərəflərin izahatların alınmadığını bildirmişdir. Yalnız Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. işin halları tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə tərəfindən verilmiş sorğulara tam cavab verilməmişdir. X10 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tələbləri pozduğuna dair heç bir sübut məhkəməyə təqdim edilmiş sorğulara əlavə edilməmişdir. Bundan başqa X6 izahatı alınmamışdır. Bundan başqa X4 döyülməsi ilə bağlı ekspert rəyi iş materialarına əlavə edilməmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin X11 xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarının surətindən görünür ki, X10 Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda; hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, Qusar RPŞ-nin X17 tərəfindən X6 barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə əməl olunmamış, həmçinin həmin protokol əsasında həmin bölmənin tərəfindən MN ******* saylı xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən həmin protokolun düzgün tərtib olunmadığı, X6 həmin inzibati xətanı törətməsini, eləcə də, inzibati xəta hadisəsinin olmasını təsdiq edən mötəbər sübutların olmadığı, inzibati xəta hadisəsinin- yəni X10 tərəfində X4 döyülməsi sübuta yetirilməmişdir. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Nəticədə düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. X1 təqsirliliyi sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin qərar ləğv edilməli, X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Qusar rayon X12 Polis Bölməsi xx.xx.2023-cü il tarixli MN № ******* X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar