Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-390/2020 03.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, ünvan 1 ünvanda yerləşən Şəxs-nin haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş 01400-1201/20 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsininƏməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında,xx.xx.2020-ci il tarixdə, saat 21:45 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı X2 idarə etdiyi “MERCEDES BENZ SPRİNTER 313 YÜK” markalı, 99RR795 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Dagıstan Respublikası Maxaçqala şəhərində qeydiyyatda olan “QER-VED” firmasından Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs-yə göndərilən yüklərə gömrük yoxlaması keçirilmişdir. Gömrük yoxlaması zamanı, Şəxs tərəfindən gömrük nəzarətinə bəyan olunmayan, 933 ədəd 12 ml-lik “X3” markalı kiprik tuşu, 59 ədəd 12 ml-lik “Essence İ love extreme” markalı kiprik tuşu, 135 ədəd 9 ml-lik “Essence İ lash brove” markalı qaş və kiprik üçün gel, 21 ədəd “Makeup Revolution” markalı göz qapaqları üçün makyaj vasitəsi, 15 ədəd “X1” markalı makyaj vasitəsi, 242 ədəd 5 ml-lik “Barbara” markalı kiprik üçün kley, 98 ədəd 10 qramlıq “Global fashion” markalı kiprik üçün kley, 18 ədəd 30 ml “Catrice” markalı tonal krem, 37 ədəd cüzdan (pul qabı), 5 ədəd “Aurora” markalı qayçı, 14 cüt “Elmon” markalı sütgəc (şotka), 165 ədəd yorğan və döşək tikişi üçün vasitə, 1 ədəd rulonda linonium aşkar edilmişdir. Nəqliyyat vasitəsində olan mallar araşdırma aparılması məqsədi ilə protokol tərtib olunaraq götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyinə görə nəqliyyat vasitəsində olan malların istifadəyə yararalı olub-olmadığını, mənşə ölkəsini, xx.xx.2020-ci il tarixə olan bazar qiymətini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2385 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş, müxtəlif adda, müxtəlif markalı malların xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 48605,90 manat müəyyən olunur. Aşkar edilmiş malların orta bazar qiyməti, gömrük dəyəri və mənşə ölkəsinin fərqli göstərilməsi həmin mallar üçün ödənilməli olan gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verib-vermədiyini, əsas verdiyi halda ödənilməli olan gömrük ödənişləri arasındakı fərqi müəyyən etmək məqsədi ilə Gömrük Əməliyyatları İdarəsinə sorğu verilmişdir. Gömrük Əməliyyatları İdarəsinin sorğuya cavabında orta bazar qiyməti 37352 manat olan malların gömrük dəyərinə və mənşə ölkəsinə dair məlumatların qısa idxal bəyannamsində düzgün göstərilməməsi həmin mallara görə ödənilməli olan gömrük ödənişlərinin məbləğində 3812,10 manat fərqin yarandığı qeyd olunmuşdur. Orta bazar qiyməti 5618,4 manat olan malların gömrük dəyərinə və mənşə ölkəsinə dair məlumatların qısa idxal bəyannamsində düzgün göstərilməməsi həmin mallara görə ödənilməli olan gömrük ödənişlərinin məbləğinə təsir etmədiyi qeyd olunmuşdur. Aşkar edilmiş malların orta bazar qiyməti, gömrük dəyəri və mənşə ölkəsinin fərqli göstərilməsi həmin mallar üçün ödənilməli olan gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verib-vermədiyini, əsas verdiyi halda ödənilməli olan gömrük ödənişləri arasındakı fərqin müəyyən etmək məqsədi ilə Gömrük Əməliyyatları İdarəsinə sorğu verilmişdir. Gömrük Əməliyyatları İdarəsinin sorğuya cavabında orta bazar qiyməti 37352 manat olan malların gömrük dəyərinə və mənşə ölkəsinə dair məlumatların qısa idxal bəyannamsində düzgün göstərilməməsi həmin mallara görə ödənilməli olan gömrük ödənişlərinin məbləğində 3812,10 manat fərqin yarandığı qeyd olunmuşdur. Orta bazar qiyməti 5618,4 manat olan malların gömrük dəyərinə və mənşə ölkəsinə dair məlumatların qısa idxal bəyannaməsində düzgün göstərilməməsi həmin mallara görə ödənilməli olan gömrük ödənişlərinin məbləğinə təsir etmədiyi qeyd olunmuşdur. Beləliklə də, Şəxs 5635,50 manat dəyərində 933 ədəd 12 ml-lik “X3” markalı kiprik tuşu, 59 ədəd 12 ml-lik “Essence İ love extreme” markalı kiprik tuşu, 135 ədəd 9 ml-lik “Essence İ lash brove” markalı qaş və kiprik üçün gel, 21 ədəd “Makeup Revolution” markalı göz qapaqları üçün makyaj vasitəsi, 15 ədəd “X1” markalı makyaj vasitəsi, 242 ədəd 5 ml-lik “Barbara” markalı kiprik üçün kley, 98 ədəd 10 qramlıq “Global fashion” markalı kiprik üçün kley, 18 ədəd 30 ml “Catrice” markalı tonal krem, 37 ədəd cüzdan (pul qabı), 5 ədəd “Aurora” markalı qayçı, 14 cüt “Elmon” markalı sütgəc (şotka), 165 ədəd yorğan və döşək tikişi üçün vasitə, 1 ədəd rulonda linonium adlı malları gömrük nəzarətinə bəyan etməmişdir. Bundan başqa, Şəxs 37352 manat dəyərində 42 ədəd “Global Fashion” markalı dırnaq üçün lak (**********349), 288 ədəd 15 ml “UNO” markalı gel-lak (**********113), 36 ədəd 15 ml “Luxio” markalı lak (o-**********-2), 528 ədəd 15 ml “Uno Strong” markalı lak (**********422), 36 ədəd 15 ml “Akzentz Shine one” markalı dırnaq üçün vasitə( **********02), 684 ədəd 15 ml “UNO Rubber” markalı lak(**********948), 60 ədəd 12 ml “X4” markalı non acid (**********979), 8 ədəd 59 qr “Uv Gel” markalı əl üz kremi, 144 ədəd 10 ml “Global Fashion” markalı dırnaq üçün vasitə (**********902), 240 ədəd 12 ml “Global Fashion” markalı dırnaq üçün vasitə (**********911), 4 dəst “Versace” markalı şüşə bakal (**********366), 1 ədəd “Cesky Porcelen” markalı oxluq (**********530), 2 ədəd “Left Dam” markalı vaz (**********240), 1 dəst “Versace” markalı çaşka nəlbəki (**********676), 1 ədəd “Versace” markalı konfet qabı (**********122), 1 ədəd “Versace” markalı “Vaz” (**********799), 6 dəst “Versace” markalı şüşə bakal (**********434), 6 ədəd “Versace” markalı nəlbəki (**********829), 12 ədəd “Versace” markalı boşqab (**********348), 7 ədəd “Versace” markalı boşqab (**********355), 6 ədəd “Versace” markalı boşqab(**********423), 18 ədəd “Versace” markalı boşqab (**********331), 2 ədəd “Cattin” markalı meyvə qabı (1340/FO), 1 ədəd “Cattin markalı meyvə qabı (1209/OP), 1 ədəd “Versace” markalı boşqab (**********588), 4 ədəd “Versace” markalı boşqab (**********540), 2 ədəd “Versace” markalı boşqab (**********564), 2 ədəd “Versace” markalı şüşə qab (**********954), 20 ədəd “Versace” markalı boşqab (**********557), 2 ədəd “Versace” markalı Vaz (**********274), 1 ədəd “Versace” markalı boşqab (**********362), 1 ədəd “Rosen” markalı dolça (**********247), 2 ədəd “Heimar Porzellen” markalı qab (**********999), 1 ədəd “Heimar Porzellen” markalı meyvə qabı, 1 ədəd “Heimar Porzellen” markalı boşqab (001-0***- *******1), 1 ədəd “Heimar Porzellen” markalı çərəz qabı (001-0***-*******1), 1 ədəd “Heimar Porzellen” markalı salat qabı (**********591), 1 ədəd “Heimar Porzellen” markalı meyvə qabı (022-0***-*******1), 1 ədəd “Cattin” markal çərəz qabı (1372/M/FO), 10 ədəd “Versace” markalı boşqab (**********564), 5 ədəd “Versace” markalı boşqab (**********531), 4 ədəd “Versace” markalı çaşka dəsti (**********564), 4 ədəd “Versace” markalı boşqab (**********321), 2 ədəd “Versace” markalı meyvə qabı (**********302), 3 ədəd “Versace” markalı boşqab (**********355), 4 ədəd “Versace” markalı boşqab (**********321), 7 dəst “Versace” markalı bakal dəsti (**********366), 7 ədəd “Versace” markalı boşqab (**********355), 2 ədəd “Versace” markalı şüşə meyvə qabı (**********325), 3 ədəd “Versace” markalı boşqab (**********454), 12 ədəd “Versace” markalı nəlbəki (**********294), 1 ədəd “Versace” markalı şüşə bakal (**********348), 4 ədəd “Versace” markalı boşqab (**********355), 6 ədəd “Versace” markalı boşqab (**********540), 7 ədəd “Versace” markalı çaşka (**********678), 2 ədəd “Versace” markalı şüşə Vaz (**********325), 1 cüt “Versace” markalı çaşka (**********099), 2 dəst “Rosen” markalı boşqab (**********993), 1 ədəd “Versace” markalı pesok qabı (**********777), 6 ədəd “Versace” markalı boşqab (**********321), 1 ədəd “Versace” markalı aş buludu (**********548), 1 dəst “Versace” markalı boşqab dəsti (**********426), 2 ədəd “Versace” markalı şüşə vaz (**********325), 1 ədəd “Versace” markalı şüşə mərtəbəli vaz (**********713), 2 ədəd “Versace” markalı qab (**********843), 2 ədəd “Versace” markalı qab (**********948), 1 ədəd “Versace” markalı şüşə qab (**********890), 6 dəst “Versace” markalı çaşka dəsti (**********930), 1 ədəd “Versace” markalı çaynik (**********618), 1 dəst “Versace” markalı bakal dəsti (**********397), 2 ədəd “Versace” markalı boşqab dəsti (**********557), 5 ədəd “Versace” markalı nəlbəki (**********758), 2 ədəd “Versace” markalı çaşka (**********734), 11 ədəd “Handpainted” markalı boşqablar (**********777), 1 ədəd “Versace” markalı şüşə bakal (**********349), 27 ədəd “Handpainted” markalı boşqab dəsti (1910-00/VBO), 1 ədəd “Versace” markalı boşqab (**********540), 1 ədəd “Versace” markalı boşqab (**********557), 1 ədəd “Cattin” markalı meyvə qabı (1121/OP), 2 ədəd “Cattin” markalı meyvə qabı (1673/OP), 1 ədəd “cattin” markalı meyvə qabı (1214/OP), 3 komplekt “Cattin” markalı çaşka nəlbəki (1198-9/OP), 1 ədəd “Cattin” markalı qab (1229/OP), 1 ədəd “Cattin” markalı qab (1687/FO), 1 ədəd “Cattin” markalı qab (1127/OP, M27/OP), 1 ədəd “Cattin” markalı qab (1122/OP), 5 ədəd “Cattin” markalı çərəz qabı (1258/AOP), 4 ədəd “Cattin” markalı meyvə qabı (1120/OP), 1 ədəd “Cattin” markalı qab (1687/FO), 1 ədəd “Cattin” markalı qab (1340/HVROP), 2 ədəd “Cattin” markalı kiçik ölçülü çərəz qabı (1410/FO), 2 ədəd “Cattin” markalı böyük ölçülü çərəz qabı (1310/PFO), 3 ədəd “Cattin” markalı meyvə qabı (1340/FO), 5 ədəd “Cattin” markalı varenya qabı (1203/OP), 2 ədəd “Cattin” markalı Vaz (1085/VOP), 6 ədəd “X8” markalı eni 50mm, uzunluğu 25 metr olan lentlər, 20 ədəd “X8” markalı eni 50mm, uzunluğu 25 metr olan lentlər, 51 ədəd uzunluğu 50 metr eni 30 mm olan lentlər, 5 top hər birinin uzunluğu 64 metr,eni 1,8 metr olan “NİNGBO GOODOO TRADE” markalı parça, 7 top hər birinin uzunluğu 25 metr,eni 1,5 metr olan “NİNGBO GOODOO TRADE” markalı parça, 12 bağlamada hər birinin uzunluğu 62 metr,eni 2 metr olan parça, 37 qutu, hər qutuda 2700 ədəd olmaqla, 625 kq. çəkidə, 33*29*19,5 ölçüdə plasmas tıxaclar, 18 ədəd “Vaporesso” markalı elektron siqaretlərin ehtiyyat hissəsi (**********248), 50 ədəd “Voopoo” markalı elektron siqaretlərin ehtiyyat hissəsi(**********743), 12 ədəd “AШT” markalı elektron siqaretlər üçün batereya (18650), 4 ədəd “Smok” markalı elektron siqaret (**********867), 6 ədəd “Smok” markalı elektron siqaretin ehtiyyat hissəsi, 6 ədəd “Zeus x” markalı elektron siqaretin ehtiyyat hissəsi( **********382), 30 ədəd “Vaporesso” markalı elektron siqaretin ehtiyyat hissəsi( **********316), 12 ədəd “Smok” markalı elektron siqaret (**********601), 10 ədəd “Vinci X Voopoo” markalı elektron siqaret(**********781), 15 ədəd “SKY Solo” markalı elektron siqaret (**********254), 2 ədəd “SKY Solo Plus” markalı elektron siqaret (**********146), 30 ədəd “GTX” elektron siqaretin ehtiyyat hissəsi, 2 ədəd “Power Style” markalı elektron siqaret (**********657), 16 ədəd “Voopoo” markalı elektron siqaretin ehtiyyat hissəsi, 3 ədəd “Vaporesso” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********184), 10 ədəd “A Sub-OHM X7” markalı elektron siqaret (**********115), 10 ədəd “Zero” markalı elektron siqaretin ehtiyyat hisssələri (**********643), 14 ədəd “Just Fog” markalı elektron siqaretin ehtiyyat hissələri (**********015), 15 ədəd “X6” markalı elektron siqaret(**********148), 2 ədəd “X6 Plus” markalı elektron siqaret(**********153), 5 ədəd “Zero” markalı elektron siqaret(**********650), 6 ədəd “Q-Pro pop” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********726), 2 ədəd “Justfog” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********038), 25 ədəd “Sony 30xx xxx 18650VTC6” markalı elektron siqaretlər üçün batareyalar, 10 ədəd “Flint Kit” markalı elektron siqaretlər (**********241937), 4 ədəd “Voopoo” markalı elektron siqaretlər(**********778), 5 ədəd “Vinci X Voopoo” markalı elektron siqaretlər(**********965), 4 ədəd “Vandy Vape” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********583), 30 ədəd “Just Fog” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********304), 27 ədəd “Smok” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********882), 4 ədəd “Siren” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********872), 20 qutu hər qutuda 5 ədəd olmaqla “Smok” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********202), 10 qutu hər qutuda 5 ədəd olmaqla “Smok” markalı elektron siqaretin ehtiyyat hissəsi(**********200), 3 ədəd “Voopoo Drag” markalı elektron siqaretlər, 8 qutu hər qutuda 3 ədəd olmaqla “Smok” markalı elektron siqaretin ehtiyyat hissəsi (**********561), 13 qutu hər qutuda 5 ədəd olmaqla “Eleaf” markalı elektron siqaretin ehtiyyat hissəsi adlı malların gömrük dəyərini və mənşə ölkəsini qısa idxal bəyannaməsində fərqli göstərməklə 3812,10 manat məbləğində gömrük ödənişlərini ödəməkdən yayınmışdır. Faktla bağlı Dövlət Gömrük Komitəsinin ŞimalƏraziBaş Gömrük İdarəsi tərəfindən Şəxs-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1 və505-ci maddələri ilə xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nə və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin ŞimalƏraziBaşGömrükİdarəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin MMC-nin və idarənin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17avqust 2020-ci il tarixli 9/2385 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, müxtəlif adda, müxtəlif markalı malların ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 48605,90 manat müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş qablar orijinal mallara uyğun olmayan (üzərində rəng qüsurları, naxışların simmetrik olmaması və s. qüsurlar) aşağı keyfiyyətli mallara aiddirlər. Qadın laklarının üzərindəki yazılar keyfiyyətsiz yazıldığından (rəngin yayılması) həmin mallar orijinal olmayan mallara aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17avqust 2020-ci il tarixli 9/2385 saylı məktubundan görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli 1700-013/0xx-xx/003623 saylı məktubundan görünür ki, Dövlət Görük Komitəsinin “VAİS” sistemindən əldə edilmiş məlumata əsasən Şəxs barəsində gömrük orqanlarında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələri ilə xx.xx.2020-ci il tarixli 01400-1201/20 saylı inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. İş materiallarında olan sorğu nömrəsi **********0449 olan xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsindən, onun qoşma vərəqlərindən və ödəmə qəbzlərindən görünür ki, Şəxs tərəfindən ümumilikdə 12953.28 manat məbləğində gömrük ödənişləri ödənilməklə yuxarıda göstərilən məlum mallara görə ödənilməyən və nəticədə vurulmuş 3812.10 manat məbləğində ziyan tam ödənilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs yuxarıda göstərilən həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin həmin Maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində vurulmuş ziyan tam ödənildiyindən, İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən həmin MMC həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Bundan başqa, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-ni xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, inzibati xətanın xarakteri ni və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Bundan başqa, hesab edirəm ki, İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 5635,50 (beş min altı yüz otuz beş manat əlli qəpik) manat təşkil edən mallar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs-nə qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini, 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 5635,50 (beş min altı yüz otuz beş manat əlli qəpik) manat təşkil edən malların dəyərinin qırx faizi məbləğində yəni 2254,2 (iki min iki yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 5635,50 (beş min altı yüz otuz beş manat əlli qəpik) manat təşkil edən mallar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs-nə qaytarılsın. Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənildiyindən o, həmin Məcəllənin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-390/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-390/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver