Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-390/2021 03.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Qusar rayonu Qalacıq kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN № **********) haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11.08.2021-ci il tarixdə, saat 10:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “Mercedes Benz 1844 LS” markalı, ** MK ***/99ZD926 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda keçirilmiş gömrük baxışı zamanı, yük yerində şübhəli məqamlar aşkar edildiyindən yük yerinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, Ukrayna Respublikası vətəndaşı Aleksandr Aleksandroviç tərəfindən Qusar rayonu Qalacıq kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-yə göndərilən “Evro Konteyner alma üçün” yüklərinin içərisindən yük müşayiətədici sənədlərində qeyd olunmayan ümumi çəkisi 64.2 kq olan 3 ədəd karton qutuda 997 ədəd 8x180 mm-lik və 200 ədəd 8x200 mm-lik vintlər və çəkisi 7.4 kq olan 1 ədəd karton qutuda 1200 ədəd şayba aşkar edilmiş və araşdırma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X2 bölməsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin 16 avqust 2021-ci il tarixli 20-X saylı ekspertiza aktına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların 11.08.2021-ci il tarixə mövcud olan təqribi bazar qiymətləri 1)8x180 mm-lik rezbalı vint 1 (bir) ədəd-0,13 manat (13 qəpik); 2) 8x200 mm-lik rezbalı vint 1 (bir) ədəd- 0,15 manat (15 qəpik); 3) şayba 1 (bir) ədəd-0,02 manat (2 qəpik), təqdim edilmiş malların ümumi dəyəri: 183,61 (bir yüz səksən üç manat altımış bir qəpik) manat məbləğindədir. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin 16 avqust 2021-ci il tarixli 20-X saylı məktubundan görünür ki, ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat təşkil edir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 17 avqust 2021-ci il tarixli 01400-1170/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 35 (otuz beş) manat təşkil edir və hüquqi şəxs Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, malların ümumi dəyəri 183,61 (bir yüz səksən üç manat altımış bir qəpik) manat olan, ümumi çəkisi 64.2 kq olan 3 ədəd karton qutuda 997 ədəd 8x180 mm-lik və 200 ədəd 8x200 mm-lik vintlər və 7.4 kq olan 1 ədəd karton qutuda 1200 ədəd şayba müsadirə edilsin. İş üzrə 35 (otuz beş) manat məbləğində məhkəmə məsrəfləri hüquqi şəxs Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-390/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-390/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver