Məhkəmə qərarları › İş №3(029)-390/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-390/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-390/2022 20.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal regional X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixində «ZEYTUN PHARMACEUTİCALS” MMCnin icarəyə götürdüyü Qusar şəhəri Məlikov küçəsində yerləşən aptekdə keçirilən YTM zamanı YTQ-01.2001 1.10.2; 2.1; 1.9.3; 6.5; 9.3; bəndlərin tələblərinin pozuldusu halı aşkar edilmişdir. Həmin faktla bağlı X3 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin inspektoru X2 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. X3 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X1 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi reyestr çıxarışı verəndən sonra illik plan qurub yoxlama müddəti təyin edilib obyektlərə yoxlama aparılır. Sahibkarlıq obyektində yoxlama reyestrindən çıxarış əsasında yoxlama aparılmışdır. Həmin yoxlamanın aparılması haqqında qərar «ZEYTUN PHARMACEUTİCALS” MMC-nə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə obyektə yanğın-texniki müayinə keçirilmişdir. Yanğıntexniki müayinə zamanı obyektdə nələr olduğu sorğu-sual əsasında akt yazılmışdır. Məsul şəxs imza etməkdən imtina etmişdir. Həmin akt əsasında Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə «ZEYTUN PHARMACEUTİCALS” MMC-ə barəsində protokol tərtib edilmişdir. Protokolun surəti və aktın surəti məktubla təqdim edilmişdir. Protokol düzgün tərtib edilmişdir. Odur ki, qanuni qərar qəbul etməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2398 saylı yanğın-texniki müayinə aktından görünür ki, «ZEYTUN PHARMACEUTİCALS” MMC-nin istifadəsində olan obyekt icbari qaydada sığortalanmamışdır; Obyektin yanğın xəbərverici siqnalizasiya qurğuları saz və işlək vəziyyətdə deyildir; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmamışdır; işçilər yanğına qarşı təlimatlandırılmamışdır; obyektin daxili elektrik naqillərin sazlığı barədə mütəxəssis aktı tərtib olunmamışdır; obyektin görünən yerlərdən FHN-nin 101 və 112 çağırış mərkəzlərinin nömrələri yazılmış lövhələr asılmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2022-ci il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «ZEYTUN PHARMACEUTİCALS” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar