Məhkəmə qərarları › İş №3(029)-390/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-390/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-390/2023 12.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs Maarf oğlunun, Barəsində icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Kalunxur kəndində qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində sürücülük hüququ olmadan, etibarnamə əsasında “T-40” markalı, AZ-08-T-605 dövlət qeydiyyat nişanlı traktoru Qusar rayonu Yuxarı Tahircal kəndində sərxoş vəziyyətdə idarə edərkən yoldan çıxaraq aşmış, nəticədə traktorda sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və 25 noyabr 2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2 və 334.3-cü maddələri ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYP Bölməsinə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 334.3-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş, inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək göstərmişdir ki, o, traktoru idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Traktoru dağdan düşürdəndə idaəetməni itirmiş, traktor aşmış, yanında sərnişin olan Zərərçəkmiş şəxs Maarf oğlu yüngül xəsarət almışdır. O, həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Maarf oğlu protokolda göstərilənləri təsdiq etmiş, Şəxs ilə barışdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, protokollaşdırma nömrəsi 642063 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 21:42-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.827 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin 11 dekabr 2023-cü il tarixli 227 saylı arayışından görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin X1 3.00 Sistemində Şəxs adına traktorçu-maşinist sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixədək qeydiyyata alınmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2023-cü il tarixli 580 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın sağ tərəfinin, boynun sağ yan səthinin orta şöbəsinin, sinəsinin sağ tərəfinin və sağ kürəyin üstünün kənarı iti əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarından görünür ki, Şəxs sosial müavinət, təqaüd alması, pensiyaçı olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında həm Zərərçəkmiş şəxs Maarf oğlu, həm də barəsində icraat aparılan şəxs Şəxs izahatlarında bildirdilər ki, Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş, Zərərçəkmiş şəxs Maarf oğlu bədən xəsarəti almışdır. Məhkəmə, həm Zərərçəkmiş şəxs Maarf oğlu, həm də barəsində icraat aparılan şəxs Şəxs izahatlarını sübut kimi qəbul edir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə T-40 markalı AZ-08-T-605 dövlət qeydiyyat nişanlı traktoru idarə etməsi və həmin traktoru aşırtması, nəticədə həmin traktorda sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş, nəticədə nəqliyyat vasitəsində olan şəxs xəsarət almışdır. Tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 12 dekabr 2023-cü il tarixdən saat 19:02-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar