Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-390/2025 13.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ31083391 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından Şəxs tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ31083391 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını və şikayət ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, həmin şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, EQ31083391 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar Şəxs barəsində deyil, X1 barəsində qəbul edilmişdir. Belə olan halda, Şəxs barəsində inzibati qərar qəbul edilmiş şəxs olmadığından onun həmin qərardan şikayət vermək hüququ mövcud deyil. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ31083391 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının Şəxs aidiyyəti olmadığından və bununla da, həmin şəxsin həmin qərardan şikayət vermək hüququ olmadığından onun tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 129cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ31083391 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından Şəxs tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-390/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-390/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver