Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-391/2020 26.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Tərcüməçi X2 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdəQusar rayonunun Xuluq kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu, Xuluq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsininxx xxxxxxxx 2019-cu il tarixli, 2(029)- 931/2019 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Şəxs icra sənədinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin o, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, hazırda onun 1034 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki,Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(029)-931/2019 saylıicra sənədinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Şəxs icra sənədinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin o, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, ondan izahat alınmasına baxmayaraq o, icra sənədinə məsuliyyətsiz yanaşmış, icra sənədinin icra edilməsindən qəsdən boyun qaçırmışdır. Bundan başqa o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun çağırışlarına da məhəl qoymamış, icra şöbəsinə gəlməkdən qəsdən yayınmış, bu səbəbdən də Qusar rayon məhkəməsi tərəfindən həmin şəxsin məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, daha sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs Qusar rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilmişdir. Odur ki, borclu Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(029)-931/2019 saylı icra sənədinə əsasən ondan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. O, heç bir yerdə işləmir, maddi vəziyyəti çətindir. Hazırda onun 1034 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə 46 manat məbləğində pul ödəmiş, qalan borcunu maddi imkanı olanda ödəyəcəkdir. Odur ki, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və inzibati xəta törətmiş şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti iləŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-391/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-391/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver