Məhkəmə qərarları › İş №3(029)-392/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-392/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-392/2020 27.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1978-ci ildə Qusar rayonu, İmamqulukənd kəndində anadan olmuş, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində Qusar rayonun Quxuroba-Şirvanlı yolunun 3-cü km-də Qusar RPŞ-nin YPX-nın inspektorlarının ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olması ilə bağlı nəqliyyat vasitəsini Qusar RPŞ-nin dayanacağına sürməsi ilə bağlı qanuni tələblərə qəsdən tabe olmayaraq oradan uzaqlaşmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN 0651335-591 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayonu, İmamqulukənd kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, Qusar rayonun Quxuroba-Şirvanlı yolunun 3-cü km özünə məxsus ** BX *** dövlət nömrə nişanlı “Gazel” markalı nəqliyyat vasitəsini idarə etdiyi zaman Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmış, ondan sənədləri tələb etmişdir. Saxlama səbəbini soruşanda nəqliyyat vasitəsinin qabaq işıq cihazının zəif işləməsini göstərmişdir. O, öz növbəsində YPX əməkdaşından özünü təqdim etməsini istəmiş, səs yazan cihazını tələb etmişdir. O, səs yazan cıhazın olmadığı halda öz telefonu ilə aralarında olan dialoqu yazmaq istəmiş, həmin vaxt Dəmirbəy qəflətən onun əlindən telefonu alıb öz cibinə qoymuşdur. Sonra polis əməkdaşı Dəmirbəy maşında olan digər polis əməkdaşı Elgünü çağırmış və onlar ikisi də onu güclə maşından düşürtmüş, qollarını arxaya buraraq iyirmi metr məsafəyə qədər onu yerlə sürütlərək YPX-nin xidməti avtomaşınına oturtmuşdur. Daha sonra Dəmirbəy onun avtomaşınını idarə etmiş, o, isə Elgünlə Qusar şəhər istiqamətinə gəlmişdir. Yolda Elgün ona Dəmirbəyin qonşu kənddən olduğunu, aralarında yaxşı münasibət olduğunu bildirərək maşınını qaytaracağını, heç bir yerə şikayət etməməsini demiş və Dəmirbəyə zəng edərək maşını saxlatdırmışdır. Maşının açarları ona qaytarılmış və o, kəndləri istiqamətində getmişdir. O, heç bir tabesizlik göstərməmişdir. Polislər ona qarşı qanunsuz hərəkətlər etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə 22:30 radələrində yol təhlükəsizliyinin təmini ilə bağlı Quxuroba- Şirvanlı yolunun 3-cü km-də YPXİ-nin polis serjantı Elgünlə “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında xidmət aparılan zaman konstruksiyasında dəyişiklik olunması ilə bağlı şübhə doğuran “QAZ 33021” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim edərək onun tərəfindən baş vermiş qayda pozuntusunu izah etmiş və ondan sənədlərin verilməsini xahiş etmişdir. Sürücü özünü təqdim etmədən özünə məxsus heç bir sənədi ona təqdim etməmişdir. Onlar elektron cihaz vasitəsilə sürücünün şəxsiyyətini müəyyən etmişlər. Onun tərəfindən sürücüyə nəqliyyat vasitəsində konstruksiya dəyişiklik edilməsi ilə bağlı nəqliyyat vasitəsini Qusar RPŞ-nin mühafizə olunan duracağa aparılacağını bildirmişdir. Lakin sürücü heç bir sənəd təqdim etmədən və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa sürməyəcəyini bildirərək onların qanuni tələbinə tabe olmamışdır. Sonra sürücü maşından düşmüş, polis maşınına əyləşmiş, o isə sürücünün maşınını Qusar şəhəri istiqamətində sürmüşdür. Bir az yol getdikdən sonra Elgün ona zəng edərək sürücü özünü pis his etdiyini demiş, maşını saxlamasını bildirmişdir. O, maşını saxlamış, sürücü polisin maşınından düşərək özünü pis hiss etdiyini, dərmanın maşında olduğunu demiş, maşından dərmanı götürməyə getmişdir. Sürücü maşına oturan kimi tez maşını işə salaraq yüksək sürətlə sürüb getmişdir. Onlar da maşının dalınca getməmişlər. Qusar şəhəri istiqamətində bir az gəldikdən sonra maşında sürücünün telefonunun qaldığını görmüş və telefonu qaytarmaq üçün sürücünün yaşadığı İmamqulukənd kəndinə getmiş və sürücünün arvadının işlətdiyi mağazaya gedərək sürücünün telefonunu arvadına qaytarmışdır. Daha sonra şöbəyə qayıdaraq baş vermiş hadisə ilə bağlı raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Dəmirbəy Vaqif oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X2 ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X2 ifadələrini, inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN 0651335-591 nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar