Məhkəmə qərarları › İş №3(029)-393/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-393/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-393/2022 07.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon prokurorunun nümayəndəsi-həmin prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Qusar rayonu Gündüzqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Şəxs barəsində Qusar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin faktla bağlı Qusar rayon prokurorluğunun müstəntiqi Kənan İsmayılzadə tərəfindən tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qəbul edilmişdir. Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Aygün ilə aralarında söz mübahisəsi olmuşdur. O, arvadı Aygünə xəsarət yetirməmişdir. Aygün əsəbi olduğu üçün stolun üstündə olan bıçağı götürüb öz qoluna xəsarət yetirmişdir. Sonra o, arvadın qolunu bağlamışdır. Bu barədə təcili tibbi yardıma məlumat verməmişdir. Səhəri gün Aygün işə getmişdir. O, Aygünə heç bir xəsarət yetirməmiş, ona qarşı heç bir fiziki təzyiq göstərməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 inzibati xəta haqqında qərarda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əri Şəxs ilə aralarında mübahisə yaranmışdır. Həmin mübahisə pul üstündə olmuşdur. Belə ki, o, bağlarda işləyir, əri Şəxs isə işləmir. Əri özünə təzə mobil telefon almış, həmin telefonun ödənişini etmək üçün pul istəmişdir. O, isə ona pul verməmişdir. Əvvəllər də ərinə 60, 20, 10 və müxtəlif məbləğlərdə pul vermişdir. O, ərinə pul vermədiyinə görə əri ilə mübahisə etmişdir. Əvvəllərdə əri onu döymüş, bununla bağlı polisə şikayət etməmişdir. Onun telefonu olmamış, o, qayınanasının telefonu ilə anası ilə danışan zaman əri onu görmüş, ona öz iradını bildirərək telefonla danışmamağı deyərək, onunla mübahisə etmiş, sonra onu yerə yıxaraq əlindəki qızıl üzüyü zorla çıxartmaq istəyən zaman onun əlinə xəsarət yetirmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında Qusar rayon prokurorunun nümayəndəsi X4 qərarı müdafiə edərək, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Qusar rayon Şöbəsinin 390 saylı xx.xx.2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol əlinin 1 barmağının əsas falnqa oynağının şişkinliyi fonunda hərəkət məhtudlaşması küt əşyanın təsirindən, sağ saidin aşağı 1/3-nin iç səthinin 4 ədəd birbirinə paralel olan kəsilmiş yaraları isə kəsici alətin təsindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə bıçaqla kəsmə nəticəsində əmələ gələ bilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar