Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-397/2020 28.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə xx xxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Qusar şəhəri, E.İbrahimova küçəsində yerləşən özünə məxsus ağac sexinin həyətində ucadan nalayiq ifadələrlə polis əməkdaşlarını təhqir etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Həmid-zadə Elnur Rəsul oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxxxx 2020-ci il tarixli, MN 0496949-598 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda olan xüsusatları təsdiq edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində özünə məxsus sexdə işləyən zaman polis əməkdaşı gəlmişdir. Qapını polis əməkdaşına açmamışdır. Daha sonra həmin polis nəfəri kiməsə zəng etmiş və həmin yerə polis kapitanı Emin Məmmədov gəlmişdir. Polis əməldaşları işlədiyi ağac sexinin hər yerini yoxlamışdır. Heç kimi söyməmişdir. Polisin qanuni tələblərinə tabe olmuşdur. Polis əməkdaşlarından üzür istəmişdir. Əməlindən peşmadır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar RPŞ-nin İTB-nin rəisi, polis kapitanı X3 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə Qusar şəhəri Elza İbrahimova küçəsində yerləşən taxta sexində qanunsuz ağac gətirməsi ilə əlaqədar daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar İTB-nin sahə polis nəfəri, polis serjantı Telman Qəribova tapşırıq verərək həmin sexə maşın gəldiyini yoxlamaq üçün baxmağa göndərmiş, lakin bir neçə dəqiqə sonra Telman Qəribov ona zəng edərək sexin sahibi Altay tərəfindən sexə buraxılmadığını və həmin yerə rəisin gəlməsinin istədiyini bildirmişdir. Həmin yerə özünə məxsus maşınla getmişdir. Sexin içində olan balaca butkanın qapısını döymüş ordan Şəxs qışqıra-qışqıra və nalayiq ifadələr işlədərək, “sən kimsən mənim seximə daxil olmusan, sənin nə icazən var” demişdir. O isə öz növbəsində sexə baxmağa gəldiyini qanunsuz meşə materialların daxil olub-olmasını yoxlamaq istədiklərini bildirmişdir. Həmin zaman Şəxs nalayiq ifadələr işlədərək ekologiya işçisi olmadığını demişdir. Onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tələblərinə qəsdən tabe olmadığı üçün RPŞ-nə gətirib təhvil vermişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahid qismində dindirilmiş X1 ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, şahid qismində dindirilmiş X1 ifadəsi, xx xxxxxx 2020-ci il tarixli, MN 0496949-598 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 100 (bir yüz) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-397/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-397/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver