Məhkəmə qərarları › İş №3(029)-398/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-398/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-398/2020 09.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə X1 Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis sahə rəisi polis mayoru Ceyhun Cumartov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis sahə rəisi polis mayoru Ceyhun Cumartovun xx xxxxxx 2020-ci il tarixli MN-M-nin 244-1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə atası Nizami Yüzbəyova məxsus, birgə istifadə etdikləri 0,61 hektar torpaq sahəsini əkinə hazırlamaq (şumlamaq) üçün təmizləməklə məşğul olmuşdur. Torpaq sahəsinin 300 kv.metr hissəsində bitmiş əsasən böyürtkən kollarından ibarət bitkiləri yandırmışdır. Qeyd edilən torpaq sahəsi ümumiyyətlə əkilməmiş (şumlanmamış) torpaq sahəsidir və torpaq sahəsini şuma hazırlamaq, təmizləmək məqsədi ilə böyürtkən kollarına od vurmuşdur. Onun əməlində qeyd edilən hüquq normasında nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Əkilməmiş, yəni əkin olmayan torpaq sahəsində olan bitkilərin yandırılması əkin yerinin yandırılması kimi qiymətləndirilə bilməz. Göstərilən torpaq sahəsinin əkin olmaması, yəni əkilmədiyi şikayətə əlavə edilmiş 14.082020-ci il tarixli aktla təsdiq olunur. Həmçinin, həmin torpaq sahəsinin əkin olmaması şikayətinə əlavə etdiyi fotoşəkillərlə də təsdiq olunur. Həmin fotoşəkillərdən torpaq sahəsinin əkilmədiyi və oranı kol-kos basdığı aydın görünür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, onun atası Nizami Yüzbəyov 2005-ci ildə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və onun adına dövlət aktı çıxarılmışdır. Həmin torpaq sahəsi həmin vaxtdan onların ailələrinin istifadəsindədir. Bu yaxınlarda o, həmin torpaq sahəsini əkinə hazırlamaq üçün onun bir hissəsini basmış kolkosu təmizləmiş və həmin kol-kosu altında olan otlarla birlikdə yandırmışdır. Həmin sahə əkin sahəsi olmamış, orada heç bir bitki əkilməmişdir. Hesab edir ki, Qusar RPŞ-nin Həzrə PB-nin həmin qərarı qanunsuzdur və bu səbədən də, həmin qərar ləğv edilməlidir. Ravid Yüzbəyov qeyd olunanlara əsasən şikayətin təmin edilmişi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin bölmənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırkı şikayətə inzibati xəta haqqında qərarı qəbul etmiş Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cıl il tarixli Fərmanının 5.18-1-ci maddəsinə əsasən həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır. Buna baxmayaraq hazırkı iş düzgün olmayaraq Qusar RPŞ-nin Həzrə PB-nin vəzifəli şəxsi tərəfindən araşdırılaraq Ravid Yüzbəyovun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və daha sonra həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Bununla da, həmin qərar qəbul olunarkən aidiyyat məsələsi ciddi şəkildə pozulmuşdur. Bundan başqa, həmin işə baxılarkən işin halları tam araşdırılmamış, hadisə yerinin əkin yeri olub-olmaması aidiyyəti qurumlar vasitəsilə dəqiq müəyyən edilməmiş, həmin torpaq sahəsinin hüquqi rejimi müəyyən olunmayaraq bu barədə heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis sahə rəisi Ceyhun Cumartov tərəfindən X1 barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı qərar qəbul edilərkən aidiyyət qaydalarına əməl olunmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu səbəbdən də həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞnin Həzrə PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis sahə rəisi Ceyhun Cumartov tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nin Həzrə PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar