Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-400/2021 07.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxx 1958-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 20 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində Qusar- Cibir kənd yolunun 23-cü kilometrliyində, Cibir kəndi ərazisində özünə məxsus Mitsubishi Pajero markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən avtomobili aşırmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və 30 avqust 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti, həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 334.1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 334.1-ci maddəsi ilə İXP ******* saylı 07.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, hadisə baş verən gün bir qədər çaxır içdiyini və sərxoş olduğunu, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan özünə məxsus Mitsubishi Pajero markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirib avtomobili aşırdığını, hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 20.08.2021-ci il tarixli alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 23:50-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.795 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin 07 sentyabr 2021-ci il tarixli 149- 20024-1221 saylı arayışından görünür ki, Şəxs adına hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-400/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-400/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver