Məhkəmə qərarları › İş №3(029)-401/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-401/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-401/2021 08.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1989-cu ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, mühafizəçi işləyən, Qusar rayon məhkəməsinin 19.05.2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmiş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 26.08.2021-ci il tarixdə Qusar şəhəri A.Mehman küçəsində məhkəmə-narkoloji ekspertizasından keçirilməsindən ötrü “Respublika Narkoloji Mərkəzi” X8 çatdırılması barədə Qusar rayon məhkəməsinin 20.08.2021-ci il tarixli 4(029)-24/2021 nömrəli qərarının icrası ilə əlaqədar ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmin X8 getməkdən imtina etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 27 avqust 2021-ci il tarixli MN 1120687-1050 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material 08.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 26.08.2021-ci il tarixdə Qusar şəhəri A.Mehman küçəsində ona məxsus avtomobili tanışı Edik idarə edərkən o, həmin avtomobildə qabaq sağ oturacaqda oturmuş və onlar avtomobillə hərəkətdə olarkən Qusar RPŞ-nin DYPB-nin əməkdaşları onları saxlamışlar. Bundan sonra, oraya həmin polis şöbəsinin CAB-nin əməkdaşları gəlmişlər. Həmin polis əməkdaşları ona lazımi qaydada yaxınlaşmamışlar, ona bir cinayətkar kimi münasibət göstərərək şöbəyə getməsini tələb etmişlər, o, isə rəsmi məktub göndərdikdən sonra gələcəyini demişdir. Bundan sonra isə polis əməkdaşları onun boynundan tutub zorla şöbəyə aparmışlar. Onun məhkəmənarkoloji ekspertizasından keçirilməsindən ötrü “Respublika Narkoloji Mərkəzi” X8 çatdırılması barədə Qusar rayon məhkəməsinin 20.08.2021-ci il tarixli 4(029)-24/2021 nömrəli qərarı həm məhkəmə, həm də Qusar RPŞ tərəfindən ona göndərilmiş, həmin qərar barədə onun məlumatı olmuşdur. O, əvvəllər Qusar rayon məhkəməsi tərəfindən 19.05.2021-ci il tarixdə inzibati xətaya görə 200 manat cərimə olunmuş, lakin ona rəsmi məlumat verilmədiyinə görə həmin cəriməni ödəməmişdir. Odur ki, onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs məhkəmənarkoloji ekspertizasından keçirilməsindən ötrü “Respublika Narkoloji Mərkəzi” X8 çatdırılması barədə Qusar rayon məhkəməsinin 20.08.2021-ci il tarixli 4(029)-24/2021 nömrəli qərarı icra edilməsi üçün onun icraatına daxil olmuşdur. Dəfələrlə, o, Şəxslə telefon vasitəsi ilə əlaqə saxlamaq istəmiş, lakin həmin şəxs cavab verməmişdir. Bundan sonra 26 avqust 2021-ci il tarixdə Şəxs məxsus avtomobil Qusar RPŞ-nin YPX əməkdaşları tərəfindən saxlanılmış, o, həmin yerə getmiş və Mahirə yaxınlaşaraq qərarın icrası ilə bağlı şöbəyə dəvət etmiş, lakin, Mahir maşından düşməyərək şöbəyə getməkdən imtina etmiş, məhkəmə qərarını ona təqdim etməsini bildirmiş, həmçinin onu söyüb təhqir etmişdir. O, Mahirə məhkəmə qərarının ona göndərildiyini, telefonuna zəng etsələr də cavab vermədiyini bildirmiş və oraya PPX əməkdaşlarını çağırmışdır. Daha sonra Şəxs PPX əməkdaşlarının köməyi ilə məcburi qaydada şöbəyə aparmışlar. Hadisədən sonra Şəxs “Respublika Narkoloji Mərkəzi” X8 aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 şahid X1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan 26.08.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:40-da tutulmuş, 27.08.2021-ci il tarixdə saat 16:00-da azad edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 20.08.2021-ci il tarixli 4(029)- 25/2021 saylı qərarının surətindən görünür ki, Şəxs məhkəmə-narkoloji ekspertizasından keçirilməsindən ötrü onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 çatdırılması qərara alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 19.05.2021-ci il tarixli 3(029)- 244/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 200 manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs, onun məhkəmənarkoloji ekspertizasından keçirilməsindən ötrü onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 çatdırılması barədə Qusar rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli 4(029)-25/2021 saylı qərarının icrası ilə əlaqədar ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs 26 avqust 2021-ci il tarixdən 27 avqust 2021-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 sentyabr 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar