Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-401/2025 20.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 378-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 2025-ci ilin 11-12 sentyabr tarixlərində Qusar rayon İcra Hakimiyyətində dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi zamanı dövlət sirri təşkil edən məlumatlarla işləməyə müvafiq buraxılış rəsmiləşdirilmədən təyinatların baş tutması halları aşkar olunmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi Ramil Hacıyev tərəfindən Qusar rayon İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 378-ci maddəsi ilə MN0257326 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Qusar rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi Ramil Hacıyev tərəfindən tərtib olunmuş 30 sentyabr 2025-ci il tarixli 4799 saylı Aktdan görünür ki, X3 xx.xx.2025-ci ildə Qusar rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, lakin 2-ci forma üzrə buraxılışı rəsmiləşdirilməmişdir. X1 xx.xx.2024-cü ildə Qusar rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, lakin 3-cü forma üzrə buraxılışı rəsmiləşdirilməmişdir. Göründüyü kimi, “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası”nda vətəndaşın dövlət sirrini təşkil edən məlumatlardan istifadə ilə bağlı vəzifəyə təyin olunması zamanı müvafiq forma üzrə buraxılışın rəsmiləşdirilməsi işəgötürən orqanın öhdəliyi kimi müəyyən olunmuş və həmin öhdəliyin pozulması inzibati məsuliyyətə səbəb olur. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Qusar rayon İcra Hakimiyyətinin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 378-ci maddəsi ilə düzgün tövsif edilmiş maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qusar rayon İcra Hakimiyyətinin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qusar rayon İcra Hakimiyyətinin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Qusar rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 378-сi maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-401/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-401/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver