Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-403/2025 20.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X3, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28876749 saylı, xx.xx.2025-ci il tarixli EQ29380484 saylı, xx.xx.2025-ci il tarixli EQ29715799 saylı və xx.xx.2025-ci il tarixli EQ30218150 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından X1 tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M ü ə y y ə n e t d i m: X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28876749 saylı, xx.xx.2025-ci il tarixli EQ29380484 saylı, xx.xx.2025-ci il tarixli EQ29715799 saylı və xx.xx.2025-ci il tarixli EQ30218150 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından şikayət verərək həmin qərarların ləğv edilməsini, icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını və şikayət ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, həmin şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ilə inzibati tənbeh vermə haqqında bir neçə qərardan eyni anda şikayət verilməsi nəzərdə tutulmamış, hər bir inzibati xəta haqqında qərardan ayrıca şikayət verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi əruri hesab edir ki, elektron qərarlardan şikayət vermə müddəti 20 gün müəyyən edilmiş və Zəfər Dostiyev barəsində qəbul edilmiş elektron qərarlardan şikayəti həmin müddət keçdikdən sonra vermişdir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28876749 saylı, xx.xx.2025-ci il tarixli EQ29380484 saylı, xx.xx.2025-ci il tarixli EQ29715799 saylı və xx.xx.2025-ci il tarixli EQ30218150 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından şikayət vermə müddəti keçdiyindən, eyni zamanda şikayət İXM-nin tələbləri pozulmaqla verildiyindən X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 129cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28876749 saylı, xx.xx.2025-ci il tarixli EQ29380484 saylı, xx.xx.2025-ci il tarixli EQ29715799 saylı və xx.xx.2025-ci il tarixli EQ30218150 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından X1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-403/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-403/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver