Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-405/2020 17.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1956-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Salyan rayonu Parça Xələc kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Kamaz 53212” markalı 52BC686 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə sənədli yoxlama keçirilən zaman, yük nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan göstəricilərlə yük nəqliyyat vasitəsinin faktiki göstəriciləri arasında uyğunsuzlu olduğu müəyyən edilmişdir. Belə ki, yük nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində şassi nömrə kimi 37083 qeyd olunduğu halda, faktiki olaraq yük nəqliyyat vasitəsinin üzərində olan şassi nömrəsinin 923866 olduğu məlum olmuşdur. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 481-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli 01400- 1211/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu göstərmiş və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İşmateriallarını nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda idarə etdiyi “Kamaz 53212” markalı 52BC686 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə dair doğru olmayan sənədləri təqdim etməklə Azərbaycan Respublikasının İXM-nin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xx.xx.2019-cu il tarixdə saat 11:00 radələrində törətmişdir və həmin vaxtdan bir ildən artıq müddət keçdikdən sonra onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, həmin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb edilmə müddəti başa çatmışdır. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0, 53.0.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından Şəxs barəsində İXM-nin 481-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji və əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 17427/17428 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən “Kamaz 53212” markalı avtomobilin “923866” rəqəmlərindən ibarət olan şassi nömrəsi kustar üsulla həkk olunmuşdur. Həmin avtomobilin “923866” rəqəmlərindən ibarət olan şassi nömrəsi kustar üsulla həkk olunduğuna görə onun buraxılış ilini müəyyən etmək mümkün olmamışdır. Həmin avtomobilin xx.xx.2019-cu il tarixə orta bazar qiyməti təxminən 14000,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 17427/17428 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 120 (yüz iyirmi) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Hesab edirəm ki, iş üzrə maddi sübut olan “Kamaz 53212” markalı 52BC686 dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılıb-qaytarılmaması məsələsi həmin avtomobilin barəsində müvafiq təhqiqat aparıldıqdan sonra nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 55, 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından Şəxs barəsində AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin 481-cimaddəsiiləbaşlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan “Kamaz 53212” markalı 52BC686 dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılıb-qaytarılmaması məsələsi həmin avtomobilin barəsində müvafiq təhqiqat aparıldıqdan sonra nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-405/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-405/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver