Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-409/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rukməddin oğlunun iştirakları ilə xx xxxxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, ikinci qrup əlil, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 mənzil 72 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Rukməddin oğlunun barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Rukməddin oğlu xx xxxxxxxx 2020-ci il tarixdə, saat 18:35 radələrində Qusar RPŞ-də Qusar RPŞ-də ucadan nalayiq ifadələr işlədərək növbətçi hissəsinin iş rejimini uzun müddətini uzun müddət pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərə qəsdən tabe olmayaraq oradan uzaqlaşmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 tərəfindən Şəxs Rukməddin oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, MN 0651345-611 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rukməddin oğlu izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində tanışları ilə birlikdə Qusar şəhərində yerləşən kafelərin birində iki bakal pivə qəbul etmişdir. Spirtli içkinin təsiri ilə həm də xəstə olduğu üçün özünü pis hiss etmiş, ayaqyoluna getmək üçün çölə çıxmış, çöldə o tanımadığı adamla mübahisə etmişdir. Hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə aparılmışdır. Polis şöbəsində də öz hərəkətlərinə davam etmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rukməddin oğlunun izahatını, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs Rukməddin oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Rukməddin oğlunun həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN 0651345-611 nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan DSMF Suraxanı rayon şöbəsi tərəfindən verilmiş №046271 saylı xx xxxx 2020-ci il tarixli əlillik vəsiqəsindən görünür ki, Şəxs Rukməddin oğlu xx xxxx 2020-ci il tarixdən başlayaraq müddətsiz ikinci qrup əlildir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 642063 saylı alkotestr qəbzinin surətindən görünür ki, Şəxs Rukməddin oğlunda 1.278% alkoqol müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs Rukməddin oğlu polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasənhamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rukməddin oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs Şəxs Rukməddin oğlunun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rukməddin oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Rukməddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-409/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-409/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver