Məhkəmə qərarları › İş №3(029)-411/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-411/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-411/2020 17.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada ticarətlə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2019-cu il tarixdə, Rusiya Federasiyasında aldığı 1 ədədinin qiyməti 14 manat olmaqla cəmi 288 ədəd, 4032 manat dəyərində “X7” markalı tuş; 1 ədədinin qiyməti 14 manat olmaqla cəmi 114 ədəd, 1596 manat dəyərində “Essence İ love extreme” markalı tuş; 1 ədədinin qiyməti 16 manat olmaqla cəmi 36 ədəd, 576 manat dəyərində “Essence Fresh and Fit” markalı tonal krem; 1 ədədinin qiyməti 12 manat olmaqla cəmi 36 ədəd, 432 manat dəyərində “X10” markalı tuş; 1 ədədinin qiyməti 16 manat olmaqla cəmi 18 ədəd, 288 manat dəyərində “Essence Prime + Studio” markalı üz kremi; 1 ədədinin qiyməti 15 manat olmaqla cəmi 2 ədəd, 30 manat dəyərində “Essence Prime + Studio” markalı sprey; 1 ədədinin qiyməti 22 manat olmaqla cəmi 39 ədəd, 858 manat dəyərində “Makeup Revolution” markalı dəri üçün vasitə; 1 ədədinin qiyməti 18 manat olmaqla cəmi 60 ədəd, 1080 manat dəyərində “X5 highlighter” markalı dəri üçün vasitə; 1 ədədinin qiyməti 18 manat olmaqla cəmi 18 ədəd, 324 manat dəyərində “Revolution Makeup” markalı üz üçün yağ; 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi 12 ədəd, 72 manat dəyərində “X3” markalı dırnaq lakı; 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi 12 ədəd, 72 manat dəyərində “X6” markalı dırnaq lakı; 1 ədədinin qiyməti 3 manat olmaqla cəmi 12 ədəd, 36 manat dəyərində “Essence the gel nail polish” markalı gel; 1 ədədinin qiyməti 28 manat olmaqla cəmi 6 ədəd, 168 manat dəyərində “X4 Palette” markalı dəri üçün vasitə; 1 ədədinin qiyməti 30 manat olmaqla cəmi 18 ədəd, 540 manat dəyərində “İ love Revolution” markalı göz kölgəsi; 1 ədədinin qiyməti 12 manat olmaqla cəmi 12 ədəd, 144 manat dəyərində “X1 flick” markalı göz layneri; 1 ədədinin qiyməti 13 manat olmaqla cəmi 3 ədəd, 39 manat dəyərində “X9” markalı tuş; 1 ədədinin qiyməti 10 manat olmaqla cəmi 12 ədəd, 120 manat dəyərində “Gatrice Glam and Doll” markalı göz qələmi; 1 ədədinin qiyməti 12 manat olmaqla cəmi 12 ədəd, 144 manat dəyərində “Superfine” markalı göz qələmi, ümumilikdə az miqdar təşkil etməklə dəyəri 10551 manat təşkil edən kosmetik əşyalardan ibarət 4 ədəd qutuda olan malları idarə etdiyi “Daimler Chrysler” markalı, “ML-270” modelli, 10LH620 dövlət nömrə nişanlı minik avtomobilinin salonuna qoyaraq həmin gün, saat 15 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” Gömrük Postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, baş ədliyyə müşaviri Elmar Camalovun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında qərarda göstərilən xüsusatları tam təsdiq etmiş, əməlindən peşman olduğunu, barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunarsa həmin cəriməni maddi imkanının aşağı olması səbəbindən ödəyə bilməyəcəyini göstərmiş və barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X2 inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilən xüsusatları tam təsdiq etmiş və Şəxs barəsində qanunla müəyyən edilmiş müvafiq inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 7734/7884 saylı kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 11989/90 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 18 adda kosmetik vasitələrin istifadəyə yararlı olması və faktiki bazar qiyməti ilə dəyərinin 10551 (on min beş yüz əlli bir) manat təşkil etməsi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 7734/7884 saylı məktubuna əlavə edilmiş ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-26/2020 saylı xx xxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(029)- 34/2020 saylı qərarının surətindən görünür ki, Şəxs 2020-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il tarixli Qanunun 1.38 və 2.2-ci maddələrinə əsasən Qusar rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(029)-26/2020 nömrəli hökmü ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasından azad edilmiş və o, məhkumluğu olmayan hesab edilmişdir. Həmçinin, Şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 150 (yüz əlli) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 10551,00 (on min beş yüz əlli bir) manat təşkil edən 1 ədədinin qiyməti 14 manat olmaqla cəmi 288 ədəd, 4032 manat dəyərində “X7” markalı tuş; 1 ədədinin qiyməti 14 manat olmaqla cəmi 114 ədəd, 1596 manat dəyərində “Essence İ love extreme” markalı tuş; 1 ədədinin qiyməti 16 manat olmaqla cəmi 36 ədəd, 576 manat dəyərində “Essence Fresh and Fit” markalı tonal krem; 1 ədədinin qiyməti 12 manat olmaqla cəmi 36 ədəd, 432 manat dəyərində “X10” markalı tuş; 1 ədədinin qiyməti 16 manat olmaqla cəmi 18 ədəd, 288 manat dəyərində “Essence Prime + Studio” markalı üz kremi; 1 ədədinin qiyməti 15 manat olmaqla cəmi 2 ədəd, 30 manat dəyərində “Essence Prime + Studio” markalı sprey; 1 ədədinin qiyməti 22 manat olmaqla cəmi 39 ədəd, 858 manat dəyərində “Makeup Revolution” markalı dəri üçün vasitə; 1 ədədinin qiyməti 18 manat olmaqla cəmi 60 ədəd, 1080 manat dəyərində “X5 highlighter” markalı dəri üçün vasitə; 1 ədədinin qiyməti 18 manat olmaqla cəmi 18 ədəd, 324 manat dəyərində “Revolution Makeup” markalı üz üçün yağ; 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi 12 ədəd, 72 manat dəyərində “X3” markalı dırnaq lakı; 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi 12 ədəd, 72 manat dəyərində “X6” markalı dırnaq lakı; 1 ədədinin qiyməti 3 manat olmaqla cəmi 12 ədəd, 36 manat dəyərində “Essence the gel nail polish” markalı gel; 1 ədədinin qiyməti 28 manat olmaqla cəmi 6 ədəd, 168 manat dəyərində “X4 Palette” markalı dəri üçün vasitə; 1 ədədinin qiyməti 30 manat olmaqla cəmi 18 ədəd, 540 manat dəyərində “İ love Revolution” markalı göz kölgəsi; 1 ədədinin qiyməti 12 manat olmaqla cəmi 12 ədəd, 144 manat dəyərində “X1 flick” markalı göz layneri; 1 ədədinin qiyməti 13 manat olmaqla cəmi 3 ədəd, 39 manat dəyərində “X9” markalı tuş; 1 ədədinin qiyməti 10 manat olmaqla cəmi 12 ədəd, 120 manat dəyərində “Gatrice Glam and Doll” markalı göz qələmi; 1 ədədinin qiyməti 12 manat olmaqla cəmi 12 ədəd, 144 manat dəyərində “Superfine” markalı göz qələmi, ümumilikdə az miqdar təşkil etməklə dəyəri 10551 manat təşkil edən kosmetik əşyalardan ibarət 4 ədəd qutuda olan mallar müsadirə edilsin. İş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar