Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-412/2020 21.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxx 1996-cı ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Qusar- Şahdağ yolunun 3-cü kilometrliyində, Qusar şəhəri “Oazis” restoranının qarşısında özünə məxsus bir baş qızılı rəngli inəyi sutkanın qaranlıq vaxtı asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə həmin inək yola çıxaraq yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21214 minik markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, törətdiyi əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam olaraq ödədiyini, həmin şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, həmçinin Şəxs ona dəymiş maddi zərəri tam olaraq ödədiyini, həmin şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərmiş və həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, «VAZ 21214» minik markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 835 (səkkiz yüz otuz beş) manat təşkil edir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməsi, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-412/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-412/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver