Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-418/2021 15.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1986-cı il təvəllüdlü Quba rayonu İsnovqışlaq kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon X2 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş materiallardan görünür ki, Şəxs 23.08.2021-ci il tarixdə saat 21 radələrində Qusar rayonu Əniğ-oba kəndində qaynatası Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qaynatası Elmanın sifətinə sillə ilə vuraraq onu döymüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və 09.09.2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə 14.09.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün onu tərtib etmiş orqana göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5, 5.1-ci maddələrində göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilsin ki: həmin Məcəllənin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 339.1-1, 342.1.1– 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355 – 358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göründüyü kimi, hazırkı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilərkən Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran hallar tam şəkildə araşdırılmaqla işin məhkəmədə baxılmalı olması əsaslandırılmamışdır. Odur ki, hazırkı inzibati xəta haqqında protokola aidiyyəti üzrə məhkəmə tərəfindən deyil, onu tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1, 109.1.7-ci maddələrinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 14.09.2021-ci il tarixli ******* saylı protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün onu tərtib etmiş Qusar rayon X2 PB-nə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 14.09.2021-ci il tarixli ******* saylı protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün onu tərtib etmiş Qusar rayon X2 PB-nə qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-418/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-418/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver