Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-42/2024 22.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, texnik işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli qərarı üzrə borclu 2000 manat cərimə ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, təxminən 3 (üç) ay müddətdir ki, işləmir. Qusar şəhərində yerləşən “Dentist” stomatoloq mərkəzində texnik kimi fəaliyyət göstərmişdir. Bir müddət yaşadığı mənzildə texnik kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən bəri VÖEN-ni aktiv deyildir. 2023-cü ildə öz yaşadığı mənzildə adını xatırlamadığı qadına protez diş düzəltmiş, sonradan həmin qadın onun işinə görə polisə şikayət etmiş, polisdə şikayəti müvafiq qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlamışdır. Nəticədə xx.xx.2024-cü il tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziya olmadan stamotoloq fəaliyyəti göstərməsi nəticəsində 2000 manat məbləğində cərimə edilmişdir.Cəriməni hal-hazıradək ödəmək iqtidarında olmadığını bildirmişdir. Hal-hazırda heç bir ödənişli fəaliyyətlə məşğul olmadığı,gələcəkdə işə qəbul üçün müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki,Şəxs hər hansısa banklarda depozitlərinin yaxud üçüncü bir şəxsdən alınmalı pul məbləğinin olması ilə bağlı, sonuncuya məxsus VÖEN-nin tam olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cərimə haqqında qərarı qüvvəyə mindikdən sonramı yoxsa əvvəlmi dayandırılması barədə heç bir sorğu verilmədiyini bildirmişdir.Müvafiq banklara,vergi üzrə müvafiq orqanlara lazımi heç bir sorğu verməmiş,icra işinə və məhkəməyə təqdim olunmuş materiallara müvafiq sorğular əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmçinin Azərbaycan Respublikası İcra haqqında Qanununa əsasən, 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır:43.1.1-ci maddəsi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;43.1.2-ci maddəsi tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;43.1.3-ci maddəsi tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;43.1.4-ci maddəsi icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;43.1.5-ci maddəsi bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə iş materiallarının tədqiqinə,işdə iştirak edən şəxslərin izahatlarına və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş müddətdə və müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi müəyyən edilərkən şəxs tərəfindən icra sənədinin icrasına münasibətdə törədilən hərəkətlərin məhz qərəzli və təqsirli olması əsası inzibati xətanın tərkibinin formalaşması üçün mütləqdir. Bundan başqa icra prosesini tənzimləyən qanunvericilik özlüyündə həyata keçirilməli olan məcburi icra hərəkətləri ilə yanaşı, onların həyata keçirilmə ardıcıllığını və real olaraq tətbiqini imperativ qaydada müəyyən etmişdir. Göstərilən məcburi icra hərəkətləri mərhələli şəkildə həyata keçirilməli və sonra artıq, yəni şəxsin icra sənədini qərəzli şəkildə icra etməməsinin təqsirliliyi aşkar edildiyi halda onun barəsində inzibati və ya cinayət məsuliyyəti müəyyən edilə bilər. Hazırki inzibati protokolun və ona əlavə edilmiş sənədlərin tədqiq zamanı isə müəyyən olunur ki, icraya nəzarəti həyata keçirən icra məmuru şəxs barəsində qeydiyyatda olduğu ünvanda olub buna dair akt tərtib etməklə və elektron sistemdən əmlak məlumatları əldə etməklə kifayətlənmiş, İcra haqqında Qanunda nəzərdə tutulan və həyata keçirilməsi vacib hesab olunan hərəkətləri tam şəkildə yerinə yetirməmiş, borclunun üçüncü şəxslərdə və ya bank, kredit təşkilatlarında ola biləcək pul vəsaitləri barəsində heç bir məlumat əldə etməmiş, həmçinin şəxsin icra sənədini qərəzli və təqsirli olaraq icra etməməsinə dair heç bir sübut və əsas gətirmədən birbaşa olaraq şəxsin inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbehin tədbiq edilməsi ilə əlaqədar protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən 3 (üç) ay müddətdir ki, işləmir. Bir müddət yaşadığı mənzildə texnik kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən bəri VÖEN-i aktiv deyildir. 2023-cü ildə öz yaşadığı mənzildə adını xatırlamadığı qadına protez diş düzəltmiş, sonradan həmin qadın onun işinə görə polisə şikayət etmiş, polisdə şikayəti müvafiq qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlamışdır. Nəticədə xx.xx.2024-cü il tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziya olmadan stamotoloq fəaliyyəti göstərməsi nəticəsində 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatınına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına olan VÖEN aktiv olmasada, həmin VÖENİ fəaliyyətini dayandırsa da, Şəxs stomatoloji fəaliyyətlə məşğul olmuşdur. Şəxs bu faəliyyətinə görə də inzibati qaydada cərimə tənbehinə məruz qalmışdır. Qusar rayon İcra və Probasiya Şöbəsi Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərməmişdən qabaq Azərbaycan Respublikası İcra haqqında Qanununun 43.1.3-ci maddəsi tələbinə əsasən borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi ilə bağlı tədbirlər görməmişdir. Həmçinin Şəxs əmək fəaliyyəti ilə məşğul olub-olmaması müəyyənləşdirilməmiş, VÖEN-nin hansı tarixdən dayandırılması ilə bağlı sorğular verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXMnin 210.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. Məhkəmə iş materiallarına,yuxarıda göstərilənlərə və məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarına əsasən Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə xitam verilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş işə xitam verilsin. Qusar rayon İcra və Probasiya Şöbəsinə Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş Məcburi İcra tədbirlərinin tam şəkildə görülməsi tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-42/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-42/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver