Məhkəmə qərarları › İş №3(029)-420/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-420/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-420/2020 21.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1950-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 02:00 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samir” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, 99JZ536/10ZJ536 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, yük nəqliyyat vasitəsinin kabinasında soyuducunun içərisindən gömrük orqanlarına bəyan edilməmiş 2 ədəd, kabinada soyuducunun yan tərəfində olan qabın içərisindən 2 ədəd, kabinanın üst hissəsində yerləşən yeşiklərdən 3 ədəd, kabinanın alt yataq yerinin baş hissəsində yerləşən yeşikdən 2 ədəd, dartıcının sağ tərəfindəki yeşiyin içərisində olan polietilen paketin içərisindən 2 ədəd olmaqla cəmi 11 ədəd 0,7 litrlik “The MACALLAN 12” markalı viskilər aşkar olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1584A-9/3040 saylı ekspert rəyinə əsasən “Macallan 12 scotch whisky” markalı viskilər orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə, toksiki mikroqarışıqların miqdarına görə müvafiq standartların tələblərinə və etiket göstəricilərinə uyğun olduğundan istifadəyə yararlıdır və 1 ədədinin xx.xx.2020-ci il tarixə olan orta bazar qiyməti 170,00 (yüz yetmiş) manat, ümumilikdə 11 ədədinin isə 1870,00 (min səkkiz yüz yetmiş) manat müəyyən edilir. Həmçinin ekspert rəyində tədqiqat üçün təqdim olunmuş 1 ədəd “Macallan 12 scotch whisky” markalı viskinin tədqiqata sərf olunduğu qeyd olunmuşdur. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxsbarəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli 01400-1144/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsvə inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1584A-9/3040 saylı ekspert rəyindən görünür ki, “Macallan 12 scotch whisky” markalı viskilər orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə, toksiki mikroqarışıqların miqdarına görə müvafiq standartların tələblərinə və etiket göstəricilərinə uyğun olduğundan istifadəyə yararlıdır və 1 ədədinin xx.xx.2020-ci il tarixə olan orta bazar qiyməti 170,00 (yüz yetmiş) manat, ümumilikdə 11 ədədinin isə 1870,00 (min səkkiz yüz yetmiş) manat müəyyən edilir. Həmin rəyin tədqiqi hissəsində 1 ədəd viskinin tədqiqata sərf olunduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1584A-9/3040 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxshəmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsbarəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsşəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 150 (yüz əlli) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1870,00 (min səkkiz yüz yetmiş) manat təşkil edən, aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 10 ədəd “Macallan 12 scotch whisky” markalı viskilər müsadirə edilsin. İş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar