Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-421/2020 10.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1964-cü ildə Qusar rayonu Gican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2020-ci ilin mart ayının əvvəllərində Qusar şəhərində öz evində X2 fala baxmaq adı ilə aldadaraq 400 manat pul alaraq ona maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və xx.xx.2020ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN 0496835-620 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, əvvəllər öz evində əl ilə xəstələrin müalicəsini aparmışdır. 2020-ci ilin mart ayının əvvəllərində sonradan tanıdığı X5 onun evinə gələrək bildirmişdir ki, o, Bakıdan gəlmiş, onu Xatirə adlı qadın göndərmişdir. Həmçinin bildirmişdir ki, siz Xatirənin qızına əvvəllər köməklik etmisiniz. O, isə Ayseli evinə buraxmamışdır. xx.xx.2020-ci il tarixdə Aysel öz anası ilə birlikdə onun yanına gələrək ona 400 manat pul verdiyini bildirmiş və həmin pulu ondan tələb etmişdir. O, isə həmin şəxsdən pul almadığını ona bildirmişdir. Bundan sonra isə Aysel onun barəsində polisə şikayət etmişdir. Hesab edir ki, Ayseli Bakı şəhərindən onun yanına polislər göndərmiş, həmin şəxs polisin öz adamıdır, ona böhtan atır. O, Ayseldən pul almasa da, həmin şəxsə 400 manatı qaytarmış və onunla barışmışdır. Şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, həmin şəxslə barışdığını göstərmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsimni məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərmişdir ki, o, 2010-cu ildə Şöhrət Niyazovla ailə həyatı qurmuşdur. Son 2 ildir ki, Şöhrətlə aralarında sözsöhbətlər yaranmağa başlamışdır. Belə ki, o evdə tez-tez mübahisələr yaratmağa başlamış və nəticədə onlar ayrılmışlar. 2020-ci ilin fevral ayında o, Hövsanda məhlədə Xatirə adlı bir qadınla tanış olmuş, onlar dərdləşmişlər, sonuncu söhbət əsnasında Qusar şəhərində Dilarə adlı bir qadının insanın taleyini düzəltdiyini və ayrılanları barışdırdığını bildirmişdir. Buna görə də o, 2020-ci ilin mart ayının əvvəllərində anası İradə ilə birlikdə Qusar şəhərinə gəlmiş və Dilara adlı falçını tapmışdır. Dilarə onları öz qəbuluna düşmək üçün onlardan 10 manat pul almışdır. O, dərdini bildirdikdən sonra Dilarə həmin məsələni həll edəcəyini bildirmiş, bunun müqabilində ondan 400 manat pul istəmiş, həmçinin ondan ərinin alt paltarını, qapının giriş hissəsindən torpaq və su gətirməsini demişdir. Dilarə 400 manatdan bəzi yerlərə pul xərcləyəcəyini, o cümlədən ceyran dərisi alacağını bildirmişdir. Həmin vaxtı onun üstündə 400 manat pul olmadığı üçün o, bununla razılaşaraq Bakı şəhərinə qayıtmış və 400 manatı düzəldib 2 gündən sonra yenidən anası ilə birlikdə Qusar şəhərinə gedərək Dilarəyə vermişdir. Dilarə ona 40 gün ərzində Şöhrətin onunla barışacağını, münasibətlərinin yaxşı olacağını bildirmişdir. O, da sevinib anası ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Lakin, 40 gün keçəndən sonra Dilarənin ona verdiyi vəd baş tutmamış, əksinə onun Şöhrətlə münasibəti daha da pisləşmiş, Şöhrət onu tərk etmişdir. Daha sonra ölkə ərazisində baş verən karantin rejimi ilə əlaqədar Qusar şəhərinə gələ bilməmiş, xx.xx.2020-ci il tarixdə o, icazə alaraq Qusar şəhərinə gəlmiş, Dilarənin yaşadığı evə getmiş, əvvəlcədən şərtləşdikləri kimi parol olaraq qapının zəngini bir neçə dəfə basıb saxlamış, bundan sonra Dilarə qapını açmış, guya onu tanımadığını bildirmiş, o isə onların Xatirənin göndərdiyi adamlar olduqlarını ona bir daha xatırlatmış və ona verdiyi vədin baş tutmadığını bildirərək verdiyi 400 manat pulu geri tələb etmişdir. Dilarə isə artistlik etməyə, qışqırıb-bağırmağa başlamış, özünü elə aparmışdır ki, güya onu tanımır. Sonradan onu tanıdığını və ondan 400 manat pul almadığını bildirmişdir. Ona görə də, o, həmin şəxsin barəsində polisə şikayət etmişdir. Aysel Hüseynova həmçinin məhkəməyə ərizə təqdim edərək məhkəmə prosesi zamanı Şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, həmin şəxslə barışdığını göstərmiş və həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 Aysel Kərəm qızı ilə analoji izahat verərək onun məhkəmə iclasında göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs və X3 xx xxxxxxxx 2020-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər barışmışlar, Dilarə tərəfindən Ayselə dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişlər və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Şəxs özünü təqsirli bilməsə də, onun həqiqətən də, zərər çəkmiş şəxs Aysel Hüseynovaya qarşı dələduzluq etməsi və ona 400 manat məbləğində ziyan vurması zərər çəkmiş şəxsin və şahidin izahatları, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0, 53.0.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs X4 dəymiş ziyanı ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs X4 dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-421/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-421/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver