Məhkəmə qərarları › İş №3(029)-421/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-421/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-421/2021 01.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1992-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, Qusar rayonu Urva kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 29.08.2021-ci il tarixdə Qusar rayonu Urva kəndində Zərərçəkmiş şəxs məxsus ot tayasını yandırmaqla sonuncuya 840 manat məbləğində ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və 06.09.2021-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 14 sentyabr 2021-ci il tarixli MN 1120748- 1122 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs 29.08.2021-ci il tarixdə ona məxsus ot tayasına od vurub qəsdən yandırmaqla ona ziyan vurmuşdur. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Şəxs qızı tərəfindən hazırki iş üzrə ona dəymiş ziyanı tamamilə ödənildiyini, həmin şəxsə qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar X2 Mərkəzi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 124 saylı məktubun surətindən görünür ki, 03.09.2021-ci il tarixinə rayonda 1(bir) ədəd ot presinin orta bazar qiyməti 2.8 AZN təşkil edir. Yanğın zamanı fermerin təxminən 300 ədəd ot presinin yanmasını nəzərə alaraq Zərərçəkmiş şəxs dəymiş ziyan 300x2.8=840 (səkkiz yüz qırx) manat kimi proqnozlaşdırmaq olar. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 01.10.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 840 manat ziyan ödənilmiş, həmin iş üzrə onun heç bir şikayəti, tələbi və iddiası yoxdur və həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar