Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-423/2020 23.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxx 1983-cü ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyənŞəxs haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2019-cu il tarixdə Rusiya Federasiyası ərazisində qazanc məqsədilə əldə etdiyi 5075 manat dəyərində, 1 flakonun qiyməti 25 manat olmaqla, 203 flakonu olan “Samyun Wan” adlı 4060 kapsulu malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Vaz 21065” markalı, **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ön sağ və sol təkərlərinin üst hissəsində olan qanadların arxasında olan boşluqlarda gizlədib Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən həmin tarixdə saat 18:50 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, baş ədliyyə müşaviri Elmar Camalovun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs(FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qusar rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qusar rayon prokurorluğunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının, məhkəmə-iqtisad ekspertizasının xx.xx.2019-cu il tarixli 322980/22981 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində...” sözləri olan bir ədəd polietilen paketdəki “Samyun Wan” göstəricili flakonda 20 ədəd kapsulun tərkibi bitki ekstraktlarından ibarətdir və həmin kapsullar “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqata təqdim olunmuş kapsulların təyinatı üzrə istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsi materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı üçün cavablandırılmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş “Samyun Wan” göstəricili 1 ədəd flakonun (20 ədəd kapsulun) satış qiyməti təxminən 25,00 (iyirmi beş) manat, 203 flakonun (4060 kapsulun) satış qiyməti isə təxminən 5075,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 322980/22981 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 181,82 (yüz səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-19/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının CMnin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilmiş və ona 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(029)- 22/2020 saylı qərarının surətindən görünür ki, Şəxs 2020-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il tarixli Qanunun 1.38 və 2.2-ci maddələrinə əsasən cəzadan azad edilmiş və o, məhkumluğu olmayan hesab edilmişdir. Həmçinin, Şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 181,82 (yüz səksən bir manat səksən iki qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 5075,00 (beş min yetmiş beş) manat təşkil edən “Samyun Wan”adlı 203 flakon olan 4060 kapsullar müsadirə edilsin. İş üzrə 181,82 (yüz səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-423/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-423/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver